Zelenski Trampla münasibətləri yaxşılaşdırmaqda çox çətin anlar yaşayacaq, WSJ
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ukrayna prezidenti Vladimir Zelenski həftə sonu ABŞ prezidenti Donald Trampla mübahisəsinin vurduğu ziyanı aradan qaldırmaq üçün addımlar atıb. Bununla belə, o, Vaşinqtonda münasibətləri bərpa etmək üçün son dərəcə çətin yol qarşısındadır. Bu barədə The Wall Street Journal yazır.
Nəşr qeyd edir ki, Zelenski ilə Trampın münasibətlərinin korlanması ABŞ-ın Kiyev və Qərb müttəfiqləri ilə münasibətlərini pozmaq təhlükəsi yaradır. Avropa liderləri Zelenski və Trampa zəng edərək münasibətləri düzəltməyə çalışırlar, lakin Ağ evin yüksək rütbəli rəsmisi deyib ki, ABŞ-la barışmağa məhz Zelenski çalışmalıdır.
The Wall Street Journal yazır ki, indiyədək o, “yarımçıq” addımlar atıb. Belə ki, o, uzun illər ərzində göstərdiyi hərbi yardıma görə ABŞ-a və şəxsən Trampa minnətdarlığını bildirib, lakin Oval kabinetdəki münaqişəyə görə üzr istəməyib.
S.ELAY
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Mart 2025 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















