Zelenski Trampla münasibətlərindən danışdı
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla arasında şəxsi ədavətin olmadığını və Vaşinqtonla münasibətlərdəki gərginliyin şəxsi məsələlərlə bağlı olmadığını bildirib.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, Zelenski bunu oktyabrın 22-də Kiyevdə keçirilən mətbuat konfransında deyib.
"ABŞ-la münasibətlərdəki gərginlik Trampla şəxsi münasibətlərimizlə bağlı deyil. Söhbət Rusiyaya qarşı sanksiyaların ləğvindən gedir ki, bu da Vladimir Putini gücləndirə bilər. Putinə münasibətim tamamilə aydındır. Hesab edirəm ki, sanksiyaları ləğv etsək, onu daha da gücləndirəcəyik. Bu, mənimlə Prezident Tramp arasında şəxsi məsələ deyil. Təbii ki, sanksiyaların hər hansı formada ləğvinə qarşıyam", – deyə Zelenski bildirib.
Ukrayna Prezidenti həmçinin bu həftənin cümə günü ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan Rusiyada apardığı danışıqlar barədə məlumat gözlədiyini açıqlayıb:
"Sabah Uitkoffla birgə brifinq keçiriləcək. Düşünürəm ki, komandalarımızın amerikalı və avropalı tərəfdaşlarla yaxşı məsləhətləşmələri olacaq".
Brifinq zamanı Uitkofun Rusiyada apardığı danışıqların nəticələri barədə Ukrayna tərəfinə məlumat verəcəyi gözlənilir.
Baxış sayı:72
Bu xəbər 22 Oktyabr 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















