Zelenski Türkiyənin Qara dəniz təklifinə belə CAVAB VERDİ
GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Türkiyə Qara dənizdə Ukraynaya təhlükəsizlik zəmanəti təqdim etmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, bu təklif Ankaranın sonuncu “istəkli koalisiya” görüşündə səsləndirilib.
Zelenski bu barədə Kiyevdə NATO baş katibi Mark Rütte ilə keçirdiyi birgə mətbuat konfransında danışıb.
O, türkiyəli tərəfdaşların sözlərindən sitat gətirib: “Biz dəniz məsələsində Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin bir hissəsi olmaq istəyirik. Biz peşəkarıq, Qara dənizdə necə kömək edəcəyimizi bilirik.”
Dövlət başçısı əlavə edib ki, hələlik hansı ölkələrin zəmanət mexanizminə qoşulacağı barədə danışmaq tezdir. Onun sözlərinə görə, əvvəlcə ümumi sxem hazırlanmalı, daha sonra isə hansı tərəfin, necə və nə ilə kömək göstərəcəyi aydınlaşdırılmalıdır.
Əliyar Xəlil
Baxış sayı:68
Bu xəbər 22 Avqust 2025 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















