Zelenski üçün kritik dönəm: Şərtləri qəbul edəcək, yoxsa savaşa davam edəcək?
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Ukrayna prezidenti V. Zelenskinin komandasında baş verən son hadisələr Ukrayna daxilində və xarici müstəvidə siyasi gərginliyi daha da artırıb. ABŞ-la münasibətlərdə yaranan ziddiyyətlər fonunda prezidentin ən yaxın müttəfiqlərindən biri olan Andrey Yermakın hədəfə alınması Kiyevdə güc balansının dəyişdiyini göstərir. ABŞ təzyiqlərinin artması Zelenski hakimiyyətini zəiflətmək cəhdi kimi qiymətləndirilir, lakin Avropa İttifaqının siyasi dəstəyi bu prosesə qarşı əsas sipər rolunu oynayır.
Moderator.az-a danışan siyasi şərhçi Məhəmməd Əsədullazdə deyib ki, Ukrayna Anti -korrupsiya Bürosu (NABU və SAPO) prezident administrasiyasının rəhbəri A.Yermakın evində axtarış aparıb.
O qeyd edib ki, ABŞ nəzarətində olan Ukrayna siyasi rəhbərliyinə tabe olmayan Anti-korrupsiya Bürosu A. Yermakı hədəfə alması təsadüfi deyil. A. Yermak D. Trampın 28 maddəlik "sülh planına" qarşıdır:
“Üç tərəfli Cenevrə danışıqlarına A. Yermak rəhbərlik edir. Ukraynada kifayət qədər güclü fiqurdu və prezident V. Zelenskinin yaxın müttəfiqidir. Onun hədəfə gətirilməsi, V. Zelenskinə ciddi təzyiqlər etmək və D. Trampın təkliflərini qəbul edilməsinə hesablanıb. Ukraynada korrupsiya var. Hazırda bu siyasi təzyiqə çevirmək və Rusiyanın planın qəbul etdirilməsinə hesablanıb. Baş vərənlər V. Zelenskinin siyasi hakimiyyətini laxlatmaq və istefaya göndərmək planı dayanır.
Amma, Avropa İttifaqı V. Zelenskiyə ciddi siyasi dəstək verəcək. Ona qarşı ABŞ tərəfindən artan təzyiqlərindən qorumağa çalışacaq. D. Trampın xüsusi nümayəndəsi S. Uitkof Rusiyanın lobbiçiliyini edirsə, Kiyevdə NABU Ağ Ev tərəfindən təlimatla hərəkət etməsi istisna deyil”.
Mehin Mehmanqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 28 Noyabr 2025 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















