Icma.az
close
up
RU
Zelenski: Ukrayna 2026 2027 ci illərdə öz ballistik raket sistemini yarada bilər

Zelenski: Ukrayna 2026 2027 ci illərdə öz ballistik raket sistemini yarada bilər

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin 2026-2027-ci illər ərzində öz ballistik raket imkanlarını və müvafiq raketdən müdafiə vasitələrini inkişaf etdirə biləcəyini açıqlayıb.

Bizimyol.info xəbər verir ki, Zelenski Telegram kanalında bildirib ki, Ukrayna ballistik proqramının hazırlanması və FREYJA antiraket proqramının icrası ilə bağlı müşavirə keçirilib. Görüş zamanı layihələrin hazırkı mərhələsi, mövcud ehtiyaclar və sürətləndirilməli istiqamətlər müzakirə olunub.

Ukrayna liderinin sözlərinə görə, bu işdə Milli Təhlükəsizlik və Müdafiə Şurası, baş nazir, Müdafiə Nazirliyi, Xarici Kəşfiyyat Xidməti, Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığı, "Brave1" komandası və ölkənin aparıcı müdafiə sənayesi müəssisələri iştirak edir.

Zelenski qeyd edib ki, öz ballistik sistemini yaratmaq və yeni antiraket müdafiə kompleksi hazırlamaq dünyanın azsaylı ölkələrinin bacardığı mürəkkəb texnoloji vəzifədir. “Ukraynanın bunun üçün elmi bazası və lazımi mütəxəssis imkanları var. Silah istehsalçılarımız artıq tələb olunan səviyyəyə çatıb. Ümid edirik ki, 2026-2027-ci illərdə lazımi nəticələr əldə olunacaq”, – deyə o bildirib.

Müşavirədə əsas çətinliklər sırasında kritik komponentlərə çıxış, tərəfdaşlarla texnoloji əməkdaşlığın genişləndirilməsi və istehsalın Ukraynada lokallaşdırılması məsələləri də müzakirə edilib.

Zelenski bildirib ki, FREYJA layihəsi üzrə işlər davam edir və Avropaya ballistik təhdidlərdən qorunmaq üçün genişmiqyaslı ümumi müdafiə imkanları lazımdır. O, bir neçə tərəfdaş ölkənin də antiraket koalisiyasına qoşulmasının gözlənildiyini qeyd edib.

Bundan əlavə, Ukrayna prezidenti ABŞ istehsalı olan "Patriot" sistemləri üçün "PAC-2" və "PAC-3" raketləri üzrə tərəfdaşlarla əməkdaşlıq məsələlərinin də müzakirə edildiyini bildirib.

Məlumata görə, Ukrayna FREYJA Avropa antiraket sisteminin prototipinin hazırlanmasını 2027-ci ilin ilk yarısında başa çatdırmağı planlaşdırır. Zelenski daha əvvəl layihə çərçivəsində ölkənin hava məkanının qorunması üçün 100 sistemə ehtiyac olduğunu açıqlamışdı.

Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Avqust 2026 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Torqovı”da göbək rəqsi: “Çılğın dondurmaçı” gündəm yaradır VİDEO

15 Avqust 2026 11:32see402

BİZİM TƏQVİM: 15 avqustda baş vermiş tarixi hadisələr

15 Avqust 2026 08:01see277

“Komo” “Çelsi”nin hücumçusunu hədəfə alıb

15 Avqust 2026 03:06see237

İndoneziya sahillərində 7,5 bal gücündə zəlzələ olub, sunami gözlənilir

15 Avqust 2026 03:36see230

Maşında ürəkbulanma niyə yaranır?

15 Avqust 2026 01:56see208

Qalatasaray 10 nömrə mövqeyinə onu gətirir

16 Avqust 2026 01:18see206

Masazırda bayquş ulayırdı!

16 Avqust 2026 00:07see190

Kəpəz Sabah ın qonağıdır Heyətlər

15 Avqust 2026 19:52see187

Bu səfirin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatdı

15 Avqust 2026 09:38see178

Avropada Məhşər: Dəhşətli meşə yanğınları VİDEO

15 Avqust 2026 03:41see176

Bu ölkə ilə əlaqələri gücləndirəcəyik Pezeşkian

16 Avqust 2026 00:20see175

La Liqa 2026/27 mövsümü: 15 16 avqust matçlarının təqvimi və rəqabət in TƏHLİLİ

15 Avqust 2026 16:26see174

Bakı Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var

15 Avqust 2026 22:40see173

Gecələr güclü ürək döyüntüsünün səbəbi nədir? Kardioloqlardan açıqlama

15 Avqust 2026 08:07see172

Almaniyanın Baltik dənizi sahillərində zəhərli yosunlar yayılıb

16 Avqust 2026 02:25see167

Bu qidalar prostat xərçəngi riskini artırır

15 Avqust 2026 02:03see163

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see163

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

16 Avqust 2026 04:05see156

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see149

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri