Zelenski: Ukrayna Avropanın birləşmiş qüvvələrinin əsasını təşkil edə bilər
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Rusiya ilə müharibə bitdikdən sonra Ukrayna Avropanın birləşmiş qüvvələrinin əsasını təşkil edə bilər.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında bildirib.
“Bizim ən böyük və müharibə təcrübəsinə malik ordumuz var. Avropanın birləşmiş qüvvələrinin əsasını məhz Ukrayna ordusu təşkil edə bilər. Bunun üçün bir neçə addım atmaq lazımdır, lakin hazırda buna vaxtımız yoxdur”, — Prezident bildirib.
Zelenski əlavə edib ki, bu addımlar arasında hüquqi və bürokratik prosedurlar, eləcə də maliyyə resurslarının cəlb olunması var.
“Buna vaxtımız yoxdur, çünki diqqətimiz cəbhədədir. Müharibə bitər-bitməz biz bu struktura mütləq qoşularıq. Avropanın indi edə biləcəyi isə maliyyə bazasını hazır etməkdir”, — o vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 23 Yanvar 2026 13:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















