Zelenski: “Ukrayna dronları Rusiyada neft obyekti və Azot zavodunu vurub”
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən neft obyektinə zərbə endirib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial mediada məlumat verib.
Zelenskinin sözlərinə görə, hədəf Ukrayna sərhədindən 700 kilometrdən çox məsafədə yerləşib və Rusiya üçün mühüm əhəmiyyət daşıyıb.
Prezident bildirib ki, Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Tula vilayətində yerləşən "Azot" müəssisəsinə də zərbə endirib. Onun sözlərinə görə, bu müəssisənin fəaliyyəti partlayıcı maddələrin istehsalı imkanları ilə birbaşa əlaqəlidir.
Zelenski əlavə edib ki, hücumlar fonunda Rusiyanın altı hava limanında uçuşlara məhdudiyyət tətbiq olunub. O qeyd edib ki, ötən axşamdan etibarən ümumilikdə Rusiyanın 28 regionunda hava təhlükəsi elan edilib.
"İşğalçıların Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərindəki hərbi logistikasına da zərbələr endirilib. Ukrayna Rusiyaya qarşı uzaqmənzilli sanksiyalar planını həyata keçirir və Rusiyanın bu müharibəni dayandırmaqdan imtina etməsinə cavab olaraq müəyyən orta mənzilli zərbə tapşırıqlarını yerinə yetirir", - deyə Zelenski vurğulayıb.
Ukrayna prezidenti bildirib ki, Kiyev Rusiya rəhbərliyinə danışıqlar üçün bütün mümkün formatları təklif edib. Onun sözlərinə görə, Moskvanın cavabı isə yalnız aqressiyanın davam etdirilməsi və genişləndirilməsi cəhdləri olub.
"Tamamilə məntiqlidir ki, müharibə gəldiyi yerə qayıdır", - deyə Zelenski əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 14 İyun 2026 14:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















