Zelenski Ukrayna əsgərlərinin Kurska daxil olduğunu açıqladı: Çıxış üçün şərtləri dilə gətirdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Silahlı Qüvvələrinin yenidən Kursk vilayətinin ərazisində olduğu iddia edilir.
Oxu.Az-ın Lenta.ru-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, ukraynalı hərbçilər bu dəfə fərqli istiqamətdən - Tetkino yaşayış qəsəbəsi tərəfdən Rusiyanın sərhəd bölgəsinə nüfuz etməyə nail olublar. Zelenski əmin etdi ki, Ukrayna Silahlı Qüvvələri burada yaxşı irəliləyişlər əldə edib.
Ukrayna lideri həmçinin əsgərlərin Kursk sərhəd bölgəsindən çıxarılması şərtini də açıqlayıb. O bəyan edib ki, Moskva münaqişəyə son qoymaq istəyini bildirdikdə və ya atəşkəslə razılaşdıqda, Ukrayna Silahlı Qüvvələri ələ keçirdikləri Rusiya ərazilərini tərk edəcək.
"Bir istiqamətdən çıxdıq (Sudji - red.) digər istiqamətə (Tetkino - red.) girdik. Rusiyalılar müharibəni bitirmək və ya heç olmasa atəşi dayandırmaq qərarına gələnə qədər biz oradayıq", - deyə Zelenski qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 28 May 2025 22:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















