Zelenski: Ukrayna “Freya” adlı strateji əhəmiyyətli layihəyə başlayır
Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna digər Avropa ölkələri ilə əməkdaşlıq çərçivəsində “Freya” adlı antiballistik sistemin yaradılması üzərində işləyir.
Unian -ın məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Bu sistemin "Patriot" zenit-raket kompleksinə daha ucuz və kütləvi alternativ olması nəzərdə tutulur.
“Bu, Avropa modelidir. Bu istiqamətdə ilk görüşümüz Fransada keçiriləcək. Bu, yaxın vaxtlarda baş tutacaq. Bizim vəzifəmiz liderləri, şirkətləri, hamını bir araya toplamaq və "Freya" adlanan birgə Avropa antiballistik kompleksinin istehsalı üzrə müvafiq layihəni təqdim etmək idi. Onu Ukraynaya bu layihəni çox sürətlə həyata keçirməkdə kömək edə biləcək ölkələrə təqdim etmək istəyirik”, - deyə Zelenski bildirib.
Zelenski qeyd edib ki, nəzəri baxımdan Ukrayna “Freya”nı təkbaşına da yarada bilərdi, lakin bu, daha çox vaxt, illər tələb edərdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 09 İyul 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















