Zelenski: Ukrayna, Kiyevə edilən hücumlardan sonra Putinlə görüşə hazırdır
Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Vladimir Zelenski, davam edən Rusiya hücumlarına baxmayaraq, Rusiya ilə birbaşa liderlər formatında danışıqlara hazır olduqlarını təsdiqləyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı bildirib. Məlumat Zelenskinin mətbuat xidməti tərəfindən Telegram kanalında paylaşılıb.
“Cari vəziyyətlə bağlı fikir mübadiləsi apardıq və növbəti diplomatik addımları müzakirə etdik. Ukrayna liderlər formatında danışmağa hazırdır, çünki bu, yeganə səmərəli formatdır”, – deyə paylaşımda qeyd olunur.
Zelenski əlavə edib ki, görüş zamanı təhlükəsizlik zəmanətləri məsələsi də liderlərin diqqət mərkəzində olub.
Məryəm Quliyeva
Baxış sayı:107
Bu xəbər 28 Avqust 2025 18:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















