Zelenski: Ukrayna üçün ən vacibi güclü təhlükəsizlik təminatının olmasıdır
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Vaşinqton, 17 oktyabr, AZƏRTAC
Hər gün hücuma məruz qalan Ukrayna xalqı üçün ən vacibi güclü təhlükəsizlik təminatının olmasıdır.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə Donald Trampla geniş tərkibdə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, bu məsələdə NATO ən yaxşısıdır, ancaq silah da çox vacibdir.
“Bizim üçün ABŞ-la ikitərəfli təhlükəsizlik təminatı çox vacibdir. Bu barədə ətraflı danışmadıq, amma bu, ən vacib sənəddir, çünki ABŞ çox güclüdür”,-deyə Zelenski əlavə edib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton

“Ukrayna üçün ən vacib məsələ təhlükəsizlik zəmanətidir” Zelenski
17 Oktyabr 2025 22:47
Ukrayna güclü təhlükəsizlik zəmanəti alacaq Zelenski
21 Yanvar 2025 22:37
Türkiyə Ukrayna üçün mühüm təhlükəsizlik qarantisidir ZELENSKİ
24 Fevral 2025 17:41
“Ukrayna üçün, ukraynalılar üçün ən vacibi budur”
17 Oktyabr 2025 22:51
Zelenski: Ukrayna ABŞ dan güclü təhlükəsizlik zəmanəti istəyir
23 Fevral 2025 19:33

