Zelenski: Ukraynada seçkilər yalnız hərbi vəziyyət ləğv edildikdən sonra keçiriləcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“İndiki məqamda biz sabitliyin əldə edilməsinə, daha sonra isə hərbi vəziyyət rejimi ləğv edildikdən sonra Prezident seçkisinin qanunvericiliyə uyğun keçirilməsinə nail olmalıyıq”.
APA “unian”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O həmçnin ölkəsinin atəşkəsə hazır olduğu barədə dəfələrlə fikirlər səsləndirdiyini xatırladıb:
“İndi əsas sual Rusiya tərəfinin və bizim müttəfiqlərimizin buna hazır olub-olmaması ətrafındadır. İkinci məsələ isə tərəfdaşlarımızın atəşkəsin texniki monitorinqini həyata keçirə bilməsindən ibarətdir. Bütün bunlara nail olunarsa, baş verənlər yekun nəticədə müharibənin bitməsi ilə nəticələnəcək. Hərbi vəziyyət rejimi də məhz bundan sonra aradan qaldırılacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 12 Mart 2025 17:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















