Zelenski Ukraynanın büdcə kəsirinin nə qədər olduğunu açıqladı
Azxeber.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin ilin sonunadək 3,5 milyard avro (4,1 milyard ABŞ dolları) maliyyə çatışmazlığı ilə üzləşdiyini bildirib.
O, bu barədə Norveçin paytaxtı Osloda jurnalistlərə açıqlamasında deyib. Zelenskinin sözlərinə görə, Ukraynanın maliyyə ehtiyacları Norveç nümayəndələri ilə görüşdə müzakirə olunub. Zelenski beynəlxalq tərəfdaşların Kiyevə dəstək göstərəcəyinə ümid etdiyini bildirib.
İtaliyanın "La Repubblica” qəzetinin oktyabrın 19-da yaydığı məlumata görə, Ukraynanın 2027-ci il üçün əlavə 70 milyard avro maliyyə vəsaitinə ehtiyacı olması ilə bağlı məsələ Avropada müzakirələrə səbəb olub. Qəzet qeyd edib ki, Avropa İttifaqı ölkələri bundan əvvəl Ukraynaya 2026-2027-ci illər ərzində təqdim edilmək üçün 90 milyard avro kredit ayırmaq barədə razılığa gəliblər.
///trend///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 23 Oktyabr 2026 02:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















