Zelenski: Ukraynanın cəbhədəki mövqeyi əvvəlkindən daha güclüdür
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Vladimir Zelenski Parisdə keçirilən Ukrayna üzrə Könüllülər Koalisiyasının Zirvə Toplantısından sonra Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə birgə mətbuat konfransı keçirib.
Turkustan.az xəbər verir ki, Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirən Zelenski bildirib ki, Rusiya ordusu Ukraynaya qarşı intensiv hava hücumlarını davam etdirir.
O, Rusiya Prezidenti Vladimir Putinin raket hücumları ilə Ukrayna xalqını qorxudaraq müharibədə üstünlük qazanmağa çalışdığını iddia edib.
"Lakin cəbhə xətti buna imkan vermir. Ukraynanın cəbhədəki mövqeyi müharibənin əvvəlindən bəri heç vaxt olmadığı qədər güclüdür", – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri Avropa Birliyinin Rusiyaya qarşı 21-ci sanksiya paketi üzərində işlədiyini qeyd edərək, bu tədbirlərin Moskvanı diplomatik yola üstünlük verməyə təşviq edə biləcəyini bildirib.
Zelenski, həmçinin Ukrayna üzrə Könüllülər Koalisiyasının növbəti sammitinin Ukraynada keçiriləcəyini açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 14 İyul 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















