Icma.az
close
up
RU
Zelenski Ukraynanın “qırmızı xətt”lərini açıqladı Danışıqlarda 3 prioritet nəzərə alınacaq

Zelenski Ukraynanın “qırmızı xətt”lərini açıqladı Danışıqlarda 3 prioritet nəzərə alınacaq

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Bu, bizim üçün qırmızı xəttdir. Ordumuzun sayının dəfələrlə azaldılmasına yol verməyəcəyik. Düzünü desəm, biz ordunun bugünkü sayını qoruyub saxlamaq üçün əlimizdən gələni edəcəyik. Hazırda ordumuz müharibənin əvvəlində olduğundan üç dəfə daha böyükdür. Biz yalnız ordunu modernləşdirə bilərik, başqa dəyişikliklər ola bilməz”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Çerniqov vilayətinin yerli icma rəhbərləri ilə görüş zamanı deyib.

Prezident əlavə edib ki, daha bir “qırmızı xətt” işğal olunmuş ərazilərin Rusiya tərəfindən tanınmasıdır.

“Hər bir halda bu ərazilər müvəqqəti işğal altındadır. Ədalətli sülh yalnız bütün torpaqlarımız geri qaytarıldıqda mümkündür. Lakin əgər bu ərazilərin zamanla diplomatik yolla qaytarılması üçün bir kompromis yolu tapmaq mümkündürsə, bəzi ərazilər üçün yeganə həll yolu bu ola bilər. Çünki müharibə bu qədər uzun davam edə bilməz. Buna görə də biz Ukraynanın ərazi bütövlüyünün bərpası üçün hər şeyi edəcəyik. Bu, bizim üçün olduqca vacib məsələdir”, – deyə Zelenski qeyd edib.

Bundan əlavə, onun sözlərinə görə, danışıqlarda Ukrayna üçün əsas məsələlərdən biri də təhlükəsizlik təminatlarıdır:“NATO məsələsi hələ də çətindir. Ancaq bu məsələ tamamilə gündəmdən çıxarılmayıb. Ən azı biz deyirik ki, əgər indi bunu dəstəkləmək istəməyənlər varsa, gələcəkdə vəziyyətin necə olacağını görəcəyik. Əsas odur ki, biz NATO-ya üzv olana qədər ona bənzər təhlükəsizlik təminatlarına malik olaq. Burada həm beynəlxalq hərbi kontingent, həm də güvənə biləcəyimiz tərəfdaşlarımızın səyləri nəzərdə tutulur".

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:242
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Aprel 2025 18:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see287

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see271

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see254

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see253

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see241

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see239

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see234

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see232

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see231

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see228

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see225

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see219

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see218

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see207

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see206

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see202

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see201

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see191

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see188

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri