Zelenski Ukraynanın Rusiya ilə 2 iyun danışıqlarında iştirakını təsdiqləyib
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna prezidenti Volodimir Zelenski, Ukraynanın Rusiya ilə 2 iyun tarixində İstanbulda keçiriləcək danışıqlarda iştirakını təsdiqləyib.
APA xəbər verir ki, o, bu barədə özünün Telegram kanalında məlumat verib.
“Ukrayna müdafiə nazirinin, xarici işlər nazirinin, Baş Qərargah, kəşfiyyat və Ukrayna Təhlükəsizlik Xidmətinin hesabatlarını dinlədim. İstanbulda bazar ertəsi baş tutacaq görüş öncəsi mövqelərimizi müəyyən etdim”, – deyə Zelenski bildirib.
Danışıqlarda atəşkəs və əsirlərin azad edilməsi müzakirə olunacaq
Zelenskinin sözlərinə görə, Ukrayna nümayəndə heyəti atəşkəs məsələləri, əsirlərin azad edilməsi və digər mühüm mövzuları müzakirə etməyi planlaşdırır.
“Nümayəndə heyətimizə bazar ertəsi Rustem Umerov rəhbərlik edəcək”, – deyə Zelenski vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 01 İyun 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















