Icma.az
close
up
RU
Zelenski: Ukraynasız onun barəsində qəbul olunan sövdələşmələri qəbul etməyəcəyik

Zelenski: Ukraynasız onun barəsində qəbul olunan sövdələşmələri qəbul etməyəcəyik

Icma.az bildirir, Missiya.az portalına istinadən.



Ukrayna onun barəsində iştirakı olmadan əldə edilən sövdələşmələri qəbul etməyəcək.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.

"Ukrayna heç vaxt bizim arxamızca və ya iştirakımız olmadan əldə edilən sövdələşmələri qəbul etməyəcək. Eyni qayda bütün Avropaya aid olmalıdır. Ukraynasız Ukrayna, Avropasız Avropa haqqında qərar ola bilməz", - o vurğulayıb.

V.Zelenski Ukraynanın dron müharibəsində dünya lideri olduğunu da vurğulayıb:

"Bu bizim uğurumuzdur, amma həm də sizin uğurunuzdur. Öz müdafiəmiz üçün qurduğumuz hər şey sizin təhlükəsizliyinizi də gücləndirir. Biz Avropanın silahlı qüvvələrini elə qurmalıyıq ki, onun gələcəyi yalnız avropalılardan asılı olsun və Avropa haqqında qərarlar Avropada qəbul edilsin".

Ukrayna Prezidenti ABŞ vitse-prezidenti Cey Di Vensin çıxışına da diqqət çəkib:

"Vitse-prezident aydın şəkildə bildirdi ki, Avropa ilə ABŞ arasındakı qədim münasibətlərin onillikləri başa çatır. Bundan sonra hər şey fərqli olacaq və Avropa buna uyğunlaşmalıdır. Amerikanın Avropaya bazar kimi ehtiyacı var. Amma müttəfiq kimi ehtiyacının olub-olmadığını bilmirəm. Cavabın "bəli" olması üçün Avropanın tək bir səsi olmalıdır".

V.Zelenski Rusiyanın Belarusa qoşun göndərməyi planlaşdırdığını da bildirib:

"Bizdə dəqiq məlumat var ki, bu yay Rusiya təlim məşqləri bəhanəsi ilə Belarusa qoşun göndərməyi planlaşdırır. Amma müharibədən əvvəl məhz belə qüvvə yerləşdirmişdilər. Rusiya hər həftə yeni ordu səfərbərlik mərkəzləri açır. Neft qiymətləri hələ də Putinin dünyanı görməzdən gəlməsi üçün kifayət qədər yüksəkdir".


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://missiya.az
archiveBu xəbər 15 Fevral 2025 16:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see304

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see300

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see290

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see285

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see281

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see278

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see267

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see261

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see254

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see238

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see237

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see235

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see234

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see233

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see230

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see226

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see216

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see208

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see201

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri