Icma.az
close
up
RU
Zelenski Ukraynaya fəlakətlər yaşatdığından yeni lider seçilməlidir AÇIQLAMA

Zelenski Ukraynaya fəlakətlər yaşatdığından yeni lider seçilməlidir AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bu il ərzində Ukraynada prezident və parlament seçkilərinin keçiriləcəyi gözlənilir. Ölkənin hazırki Prezidenti Volodimir Zelenski yenidən seçkilərə namizəd olacağını bildirib. 

Bəs Ukrayna seçkiləri baş tutarsa, Zelenski yenidən Prezident ola bilər?

Məsələ ilə əlaqədar Redaktor.az-a danışan politoloq Abutalıb Səmədov bildirdi ki, Ukrayna dövlətinin maraqları baxımından Zelinski prezident seçilməməlidir.

"Hesab edirəm ki, siyasətdən uzaq bir adam Ukraynaya kifayət qədər fəlakətlər yaşatdı və əgər davam eləsə, vəziyyət bir az da ağırlaşacaq. Bu gün Ukrayna ərazisinin dörddə birinə yaxını Rusiyanın nəzarətindədir. Amerika Birləşmiş Ştatlarının yeni Prezidenti müharibənin başlanmasında Rusiyanı deyil, Amerika Birləşmiş Ştatlarını və dolayısı ilə Zelenskini günahlandırır. Çünki ABŞ-ni Ukraynadan, Ukraynanı ABŞ-dən ayırmaq qeyri-mümkündür. Dünyanın əksər yerində ümumiyyətlə bu müharibəni fəkalət müharibəsi adlandırırlar. Yəni ABŞ Ukraynanın vasitəsilə Rusiya ilə müharibə edir. Çox təəssüf ki, Tramp Putinə haqq qazandırır. Eyni zamanda, verdiyi bəyanatlar da onu göstərir ki, onun Putindən elə bir ciddi fərqi yoxdur və indi Ukrayna xalqı ümid edir ki, ABŞ müharibəyə son qoya və ədalətli sülhə nail ola bilər. Ancaq belə bir şey qeyri-mümkündür".

Politoloq əlavə etdi ki, bu münaqişədə ABŞ-nin yeni seçilən Prezidenti Donald Tramp Rusiyanı dəstəkləyir və gələcəkdə Ukraynaya yardımları dayandıracaq.

"Trampın bəyanatları göstərir ki, o, daha çox Ukraynaya təzyiq göstərməklə sülhə nail olacağını güman edir və belə bir sülhü Zelinski imzalamaz. Çünki müharibədən əvvəl Ukrayna və Rusiyaya təklif olundu ki, Ukrayna neytrallığı götürsün, neytral olsun. Ukrayna tərkibində Donetsk və Luqanska xüsusi status versin. Ukrayna yalnız Krımı itirirdisə, indi əlavə dörd vilayəti də tamamilə itirmək üzrədir, bu Zelenskinin fəaliyyəti nəticəsində olub və onun sülhə imza atması qeyri-mümkündür. ABŞ yardımları da dayandıracaq. Bu da gözlənilən bir hadisədir. Bu da Ukraynanın yeni ərazilərinin işğalına gətirib çıxara bilər. Ona görə yaxşı olardı ki, prezident seçkilərində başqa bir namizəd seçilsin və o Ukraynanı bu fəlakətdən çıxartmağın yollarını axtarsın və yeri gələndə cəsarətli addımlar atmaqdan da çəkinməsin. Hərçənd ki, bu cəsarətli addımlar Ukraynaya yaxşı heç nə vəd eləmir. Hər adamı dövlət başına gətirmək olmaz. Dövlətə ağlı, savadı, təcrübəsi və ən əsası, müdrikliyi olan insanlar rəhbərlik etməlidir. Britaniyada səfir olan general Valeri Zalujni seçkilərdə iştirak edərsə, qalib gələ bilər". 

Türkan İSGƏNDƏRLİ
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 14 Yanvar 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see410

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see259

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see220

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see202

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see177

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see153

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see151

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see150

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see141

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see136

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see134

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see127

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri