Zelenski: Uzaqmənzilli əməliyyatlara icazə verdim
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadakı hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə ediləcək yeni əməliyyatların keçirilməsini təsdiqləyib.
Turkustan.az xəbər verir ki, Zelenski Ukrayna ordusu və təhlükəsizlik qüvvələrinin nümayəndələri ilə görüşüb. Görüş zamanı Rusiya-Ukrayna müharibəsində cəbhə xəttindəki son vəziyyət barədə məlumat verilib.
Zelenski bildirib ki, müzakirələr zamanı Ukrayna müdafiə qüvvələrində xidmət etmək istəyən xarici könüllülərin cəlb olunması və bununla bağlı qanunvericiliyin yenilənməsi məsələləri də nəzərdən keçirilib.
“Rusiyanın hücumlarına cavab olaraq yeni uzunmənzilli əməliyyatları təsdiqlədim”, - deyə, Zelenski qeyd edib.
O, Rusiyanın Ukraynaya qarşı hava hücumlarında geniş istifadə etdiyi “Şahad” tipli pilotsuz uçuş aparatlarını (PUA) zərərsizləşdirə bilən silahların hazırlanması istiqamətində işlərin davam etdiyini bildirib.
Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri Oleksandr Pokladın məsələ ilə bağlı Zelenskiyə son məlumatları təqdim etdiyi bildirilib. Zelenski yeni PUA ələkeçirmə sisteminin hazırlandığını və uğurla cəbhə xəttində yerləşdirildiyini qeyd edib.
“Ukraynaya daha çox qoruma təmin etmək üçün addımlar atırıq”, - deyə Zelenski bildirib.
Zelenski, həmçinin SBU tərəfindən Rusiya dronlarına qarşı istifadə edilən tutucu silahın işlək versiyasını nümayiş etdirən görüntüləri paylaşıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 19 Sentyabr 2026 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















