Icma.az
close
up
RU
Zelenski və Putin görüşəcəkmi? Sülh yolu hələ də bağlı görünür

Zelenski və Putin görüşəcəkmi? Sülh yolu hələ də bağlı görünür

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Ukrayna-Rusiya müharibəsi artıq iki ildən çoxdur davam edir və bu müddət ərzində tərəflər arasında münasibətlər daha da gərginləşib.  Müharibənin yaratdığı humanitar fəlakətlər, dağıntılar və regional sabitliyə vurduğu zərbə beynəlxalq ictimaiyyət tərəfindən narahatlıqla izlənilir. Bu şəraitdə danışıqlar masasına dönüş və siyasi həll yollarının axtarışı gündəmin əsas mövzularından birinə çevrilib.

Məhz bu kontekstdə Ukrayna tərəfi yeni bir təşəbbüslə çıxış edib. Ukrayna nümayəndə heyətinin rəhbəri, eyni zamanda ölkənin müdafiə naziri olan Rüstəm Umerov bəyan edib ki, Kiyev avqustun sonunadək Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında birbaşa görüşün keçirilməsini təklif edir. Onun sözlərinə görə, Rusiya tərəfi danışıqlara hazır olduğunu nümayiş etdirməli və bu prosesi konkret addımlarla təsdiqləməlidir. Umerov bildirib ki, Ukrayna tərəfi tam və qeyd-şərtsiz atəşkəsdə israr edir və bu atəşkəs ilk növbədə mülki əhalinin və kritik infrastrukturun təhlükəsizliyini təmin etməlidir.

Rusiya rəhbərliyi bu görüşə və qeyd-şərtsiz atəşkəsə razılıq verməyə hazırdırmı, yoxsa münaqişə daha da uzanacaq?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a politoloq Abutalıb Səmədov bildirib ki, hazırkı situasiyada belə bir görüşün baş tutması ehtimalı olduqca zəif görünür. Rusiya tərəfi liderlər səviyyəsində danışıqların baş verməsi üçün əvvəlcədən hüquqi və siyasi sənədlərin hazırlanmasını zəruri sayır. Bu isə o deməkdir ki, Moskva mümkün görüşə yalnız konkret razılaşmalar və öhdəliklər çərçivəsində yanaşmağa üstünlük verir:

"Digər tərəfdən, Ukrayna Prezidenti  də bəyan edib ki, liderlər arasında görüşün mənalı və nəticəverici olması üçün öncədən razılaşdırılmalı çoxsaylı məqamlar var. Əks halda, sadəcə görüntü naminə keçirilən görüş heç bir real nəticə verməyəcək".

Onun sözlərinə görə, Kiyev humanitar və hərbi yardımların davam etməsini vacib hesab edir. Lakin bu yardımın çatdırılması üçün təhlükəsiz dəhlizlərin açılması və Rusiyanın bu yardımlara mane olmaması zəruridir. Rusiya isə hazırda bu tip güzəştlərə getməyə meyilli görünmür:

"Moskvanın mövcud ritorikası və hərbi fəallığı göstərir ki, Vladimir Putin münaqişəni genişləndirmək və yeni əraziləri işğal etməklə üstünlük əldə etməyə çalışır. Bu isə onu deməyə əsas verir ki, Rusiya tərəfi nə atəşkəsə, nə də kompromisə real şəkildə açıqdır. Belə olan halda, sülh təşəbbüsləri siyasi ritorika səviyyəsində qalmaqda davam edir, münaqişənin yaxın perspektivdə həlli isə real görünmür".

Əli Hüseynov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 24 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see372

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see313

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see295

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see269

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see261

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see254

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see242

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see236

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see230

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see217

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see208

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see195

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see191

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see190

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see190

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see187

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see181

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see174

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see172

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri