Zelenski və Starmer Londonda qapalı görüş keçirir
Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
London, 14 avqust, AZƏRTAC
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Kir Starmerlə görüşmək üçün Dauninq Stritə gəlib.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, mətbuat nümayəndələrinin suallarını cavabsız qoyan liderlər daha sonra iqamətgaha daxil olublar. Görüşün gündəliyi barədə ətraflı məlumat verilməsə də, müzakirələrin əsas mövzularından birinin sabah ABŞ Prezidenti Donald Trampın Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüş olacağı ehtimal edilir.
Hazırda Zelenski və Starmer qapalı qapılar arxasında danışıqlar aparırlar.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Bu gün Starmer Londonda Zelenskiylə görüşəcək
14 Avqust 2025 12:30
“Zelenski günahkar deyil” Starmer
25 Aprel 2025 08:27
Zelenski və Keir Starmer arasındakı görüş başa çatıb YENİLƏNİB
14 Avqust 2025 14:54
Londonda minlərlə insan küçələrə çıxdı: Starmer, gizlənə bilməyəcəksən!
24 May 2025 18:04
Zelenski ilə Starmer görüşdü KONKRET
14 Avqust 2025 15:24

