Icma.az
close
up
RU
Zelenski və Yermak ABŞ la Rusiya arasındakı məsləhətləşmələrində iştirak etməyəcəklər

Zelenski və Yermak ABŞ la Rusiya arasındakı məsləhətləşmələrində iştirak etməyəcəklər

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Vladimir Zelenski və onun aparat rəhbəri Andriy Yermak Ukrayna böhranının həlli ilə bağlı ABŞ-Rusiya məsləhətləşmələrində iştirak etməyi planlaşdırmırlar.

Bizimyol.info xəbər verir ki, bu barədə "Washington Post" öz mənbələrinə istinadən məlumat yayıb.

"Nə Zelenski, nə də onun baş köməkçisi Andrey Yermak Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə iştirak etməyi planlaşdırmır", - deyə vəziyyətlə tanış olan mənbə qəzetə bildirib.

"Tramp administrasiyasının münaqişəyə son qoymağa yanaşması ABŞ-Ukrayna münasibətlərində gərginliyi artırıb", - deyə nəşr vurğulayır. "WP"nin qeyd etdiyi kimi, böhran başlayandan bəri ABŞ Ukraynanı on milyardlarla dollar dəyərində silahla təmin edib, lakin vəzifəyə gəldikdən sonra prezident Donald Tramp bildirib ki, Vaşinqton artıq Kiyev qarşısında "açıq hərbi öhdəlikləri" öhdəsinə götürə bilməz.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio CBS telekanalına müsahibəsində bildirib ki, ABŞ və Rusiya Ukrayna böhranının həlli üçün hələ də rəsmi danışıqlara başlamayıblar, eyni zamanda iki ölkə prezidentləri arasında telefon danışığı olub və bu zaman tərəflər "bu münaqişəyə son qoymaqda maraqlı olduqlarını bildiriblər". Lakin sonradan o, iddia etdi ki, sülh prosesi başlayandan sonra ABŞ Kiyevi və Avropanı buna cəlb etmək istəyir.

"Bloomberg" mənbələrə istinadən daha əvvəl xəbər vermişdi ki, ABŞ və Rusiya rəsmiləri arasında görüş gələn həftə Səudiyyə Ərəbistanında baş tuta bilər. İddialara görə, bu, iki ölkə liderləri arasında mümkün danışıqları hazırlamaq məqsədi daşıyacaq. Agentlik qeyd edib ki, Amerika nümayəndə heyətində aparıcı rol Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff və milli təhlükəsizlik müşaviri Mayk Uolsa həvalə olunacaq.

Fevralın 12-də Rusiya prezidenti Vladimir Putin və Amerika lideri Donald Tramp arasında telefon danışığı olub. Onlar Ukraynada döyüşlərin dayandırılması məsələsini, ikitərəfli münasibətləri və bir sıra digər mövzuları müzakirə ediblər, həmçinin təmasları davam etdirmək və şəxsi görüş təşkil etmək barədə razılığa gəliblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov iki lider arasında telefon danışığının "konstruktiv, işgüzar və mehriban" olduğunu vurğulayıb. Söhbət zamanı Putin və Tramp həmçinin qeyd ediblər ki, Baydenin prezidentliyi dövründə iki ölkə arasında münasibətlərə çox gərginləşib.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:143
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Fevral 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see286

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see271

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see247

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see245

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see178

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see173

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see161

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see155

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see145

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see139

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see138

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see133

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see131

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see130

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see128

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see127

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see127

Neymar və het trik

04 Dekabr 2025 09:17see125

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri