Zelenski vəzifədə qalacaqmı?
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
Hurriyyet.az xəbər verir ki, "Politiko" (Politico) nəşri Ukrayna Prezidenti Vladimir Zelenskinin ikinci dəfə prezidentliyə namizədliyini irəli vermək fikrində olduğunu yazıb.
Qəzetin yazdığına görə, Ukrayna Prezidenti Vladimir Zelenski "Xalqın xidmətçisi" partiyasından olan deputatlarla görüşü zamanı "müharibənin bitməsindən sonra keçiriləcək istənilən seçkilərdə iştirak etməyə hazır" olduğunu bildirib. Nəşr bu məlumatı görüşdə iştirak etmiş anonim mənbəyə istinadla verib.
Jurnalistlərin iddiasına görə, "xalqın xidmətçiləri" Prezidentin narazılığından ehtiyat edərək, yalnız adlarının məxfi saxlanacağı təqdirdə Qərb mətbuatına məlumat verməyə razı olublar.
"RBK-Ukraina" nəşrinə məlumat verən mənbələr isə əksini bəyan ediblər: onların sözlərinə görə, Zelenskinin gələcək seçkilərində mümkün iştirakı məsələsi qətiyyən müzakirə edilməyib.
Hazırda ölkədə seçkilər hüquqi cəhətdən mümkün deyil. Qanun hərbi vəziyyət dövründə seçkilərin keçirilməsini qadağan edir. Bundan başqa, sosioloji sorğuların nəticələrinə görə, ukraynalıların əksəriyyəti davam edən münaqişənin davam etdiyi şəraitdə səsvermə ideyasını dəstəkləmirlər.
Hürr Tərcüman
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:67
Bu xəbər 23 Sentyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















