Icma.az
close
up
RU
Zelenski xalq tərəfindən seçilmiş və Ukraynanın mənafelərini qoruyan prezident kimi tarixə düşüb

Zelenski xalq tərəfindən seçilmiş və Ukraynanın mənafelərini qoruyan prezident kimi tarixə düşüb

Bizimyol saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsi başlayandan sonra demək olar ki, Ukrayna prezidenti Volodimir Zelenski haqqında bir fikir formalaşdı: “Zelenski Qərbin maşasıdır, Volodimir Zelenski Qərbin sözü və dəstəyilə Rusiyaya qarşı müharibədən geri çəkilmədi”. Bu gün Zelenskiyə verilən siyasi qiymət də bunu göstərir...Volodimir Zelenski kimdir?

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan cəmiyyətində də, bir çox media qurumlarında belə bir fikir səslənir ki, “Zelenski Qərbin oyuncağıdır”, guya onu Qərb hakimiyyətə gətirdi və o, Qərbin istəklərini yerinə yetirərək Rusiya ilə savaşa başladı. Politoloqun fikrincə, bu da yanlış fikirdir, çünki Zelenski Ukraynada hakimiyyətə gələnə qədər artıq Ukrayna ərazilərinin əhəmiyyətli hissəsi 2014-cü ildə Rusiya tərəfindən işğal olunmuşdu: “Zelenski əslində hakimiyyətə gələrkən, onun əsas şüarı Ukrayna ərazilərini sülh danışıqları ilə geri qaytarılması şüarı idi. Biz çox yaxşı bilirik ki, Rusiya prezidenti hələ 2008-ci ildən Ukraynadakı məsələlərlə bağlı “Münxen” təhlükəsizlik toplantısında öz mövqeyini açıqlamışdı. Ondan sonrakı dönəmdə Putinin yazdığı məqalələr və söylədiyi fikirlər onu deməyə əsas verir ki, ümumiyyətlə, Ukraynanı müstəqil dövlət kimi təsəvvür edə bilmir, onu Rusiya imperiyasının tərkib hissəsi kimi qəbul edir. Məhz bu səbəbdən də hələ Rusiya 2004-cü il prezident seçkilərində Ukraynada seçkilərə ciddi şəkildə müdaxilə etdi və ondan sonrakı proseslər ortadadır”.

Oqtay Qasımov

Oqtay Qasımov qeyd edib ki, Volodimir Zelenski Ukrayna xalqı tərəfindən seçilmiş bir prezidentdir və son üç ildə də "Ukrayna Müqavimət Hərəkatının əslində simvol şəxsiyyətidir" desək, yanılmarıq. Politoloqun fikrincə, Zelenskinin təbii ki, hər bir şəxs kimi müəyyən səhvləri və ya təcrübəsizliyi ola bilər. Bütün hallarda Volodimir Zelenski Ukraynanın mənafelərini qoruyan bir şəxs kimi tarixə düşüb və onun bu günə qədər olan fəaliyyəti belə qiymətləndirməyə əsas verir.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Mart 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri