Zelenski: Xarkovda sərnişin qatarına edilən dron hücumu nəticəsində 4 nəfər həlak olub
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Kiyev, 28 yanvar, AZƏRTAC
Yanvarın 27-də Rusiya Ukraynanın Xarkov bölgəsində sərnişin qatarına hücum dronlarından istifadə edib. Mülki əhaliyə qarşı dron hücumu istənilən ölkədə eyni cür qəbul edilir - yalnız terrorizm kimi. Avropada, Amerikada, ərəb dünyasında, Çində və ya başqa yerdə bu, şübhəsiz terror aktı hesab edilərdi.
AZƏRTAC xəbər verir ki, bu fikri Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, qatarda mülki şəxslərin öldürülməsində heç bir hərbi məqsəd yoxdur: “Həmin qatarda 200-dən çox insan olub. Rusiya dronlarından birinin vurduğu vaqonda 18 nəfər olub. Üç dron tərəfindən vurulan bu hücumda dörd nəfər həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm. Xilasedicilər daha dörd nəfəri axtarır, ikisi isə yaralanıb”.
Ukrayna Prezidenti qeyd edib ki, Rusiya öz hərəkətlərinə görə məsuliyyət daşımalıdır.
“Bu, təkcə xalqımıza, həyatımıza edilən hücumlara görə deyil, həm də bu cür hücumları həyata keçirmək qabiliyyətinə görə məsuliyyət deməkdir. Ruslar öldürmək və terror etmək qabiliyyətlərini əhəmiyyətli dərəcədə artırıblar. Onlar terrorizmin inkişafına sərmayə qoyurlar. Bizim vəzifəmiz dünyadakı bütün normal insanları birləşdirməkdir, həyatın qorunmasında irəliləyişi təmin etməkdir. Bu, Rusiyaya təzyiq, eləcə də etdiklərinə görə cəzalandırmaq sayəsində mümkündür”, - deyə Zelenski vurğulayıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 28 Yanvar 2026 00:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















