Zelenski: Yalnız bu Rusiyanı sülhə məcbur edə bilər
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarla müharibənin başa çatdırılması ilə bağlı bir sıra məsləhətləşmələr apardığını bildirib.
Bakıvaxtı.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
"Bu günlərdə tərəfdaşlarla 30-dan çox danışıq və məsləhətləşmə olub. Bu müharibəni bitirmək, ədalətli sülh naminə Rusiyaya təzyiq göstərmək, Rusiyanın yalana əl atmasına yol verməmək üçün Ukraynanın, tərəfdaşlarımızın təcrübəsindən istifadə etmək lazımdır", - o qeyd edib.
V.Zelenskinin sözlərinə görə, hazırda Rusiya tərəfinin müharibəni başa çatdırmağa hazırlaşdığını göstərən heç bir əlamət yoxdur.
"Bizim - Ukrayna, Birləşmiş Ştatlar, Avropa, sülh istəyən bütün ölkələrin birgə səyləri və addımları Rusiyanı sülhə məcbur edə bilər", - o əlavə edib.


