Zelenski: Yaxın zamanda sülhü tezləşdirmək üçün ilk addımlarla bağlı plan hazır olacaq
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna və Avropa ədalətli və davamlı sülhə nail olmaq üçün plan hazırlayır. Bu plan tezliklə hazır olacaq.
Oxu.Az "RBC-Ukraine"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb.
O bildirib ki, bu gün Sloveniyanın Baş naziri Robert Qolob ilə liderlərin Londonda keçiriləcək sammiti barədə məlumat vermək və birgə səyləri müzakirə etmək üçün telefon danışığı baş tutub.
"Biz ədalətli və davamlı sülhü yaxınlaşdırmaq üçün ilk addımlar üçün plan hazırlayırıq. Biz bunun üzərində sürətlə işləyirik. O yaxın vaxtlarda hazır olacaq", - prezident qeyd edib.
Zelenski vurğulayıb ki, Avropanın müharibəni dayandırmaq və təhlükəsizliyi təmin etmək üçün ümumi baxışı var və o, Ukrayna və ABŞ ilə birlikdə gələcək danışıqlar masasında olmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:122
Bu xəbər 05 Mart 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















