Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin sülh naminə Donbasdan imtina etməyə hazır olmadığını bildirib.
Teleqraf xəbər verir ki, Zelenski bunu sentyabrın 6-da keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Donbas məsələsi yalnız həmin regionla bağlı deyil, Ukraynada davam edən münaqişənin əsas məsələlərindən biridir.
“Donbas məsələsi yalnız Donbas məsələsi deyil. Düşünürəm ki, bu, müharibənin öz məsələsidir”, – Zelenski bildirib.
Ukrayna lideri həmçinin qeyd edib ki, döyüş meydanında güclü mövqeyə malik olmadan Kiyev yalnız ultimatumlarla üzləşə bilər.
Zelenskinin açıqlaması ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Kiyevə səfəri və Ukrayna üzrə sülh danışıqlarının intensivləşdiyi bir vaxtda səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 07 Sentyabr 2026 00:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















