Icma.az
close
up
RU
Zelenski yola salınır Artıq yeni namizədlər bəllidir ADLAR

Zelenski yola salınır Artıq yeni namizədlər bəllidir ADLAR

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ukrayna Prezidenti Volodimir Zelenskinin başının üstünü qara buludlar alıb. Belə getsə, o tezliklə prezidentlik postunu tərk edəcək.
Səbəbsə çox sadədir. Ukrayna lideri ABŞ Prezidenti Donald Trampın bəzi qərarlarını icra etmək istəmir. Bu da Ağ Evin qəzəbinə səbəb olub. Ona görə də Tramp Adminstrasiyası hesab edir ki, Zelenskinin yola salmaq vaxtı gəlib çatıb.
ABŞ nədən narazıdır?
Məlum olduğu kimi, qışın yaxınlaşması ilə bağlı Trampın komandası ölkənin  yanacağa olan tələbatını ödəmək, yanacaq qiymətlərini endirmək və aralıq seçkiləri öncəsi mövqeyini möhkəmləndirmək məqsədilə Rusiya dizelinə qoyulan sanksiyaları ləğv etmək üçün rəsmi Moskva ilə razılaşıb.
Bundan əlavə, ABŞ Prezidenti Donald Tramp ötən cümə - oktyabrın 11-də Ukrayna və Rusiya arasında energetika infrastrukturlarına hücumların dayandırılmasını nəzərdə tutan "energetika barışığı" elan edib.
 

Amma Ukrayna Prezidenti Volodimir Zelenski “Axios” nəşrinə açıqlamasında ABŞ Prezidenti Donald Trampın energetika obyektlərinə zərbələrin dayandırılması barədə bildirişinin onun üçün yenilik olduğunu bəyan edib.


Üstəlik, “Politico” nəşrinin təhlilinə əsasən, Volodimir Zelenski Trampın Rusiya neft emalı zavodlarına zərbələri dayandırmaq tələbinə məhəl qoymayaraq PUA hücumlarını davam etdirmək qərarı verib.
O, Trampın dizel sazişini "zəif qərar" və "Putinə hədiyyə" adlandırıb, bu isə Trampın ukraynalıları Zelenskini lider postundan kənarlaşdırmağa çağırmasına səbəb olub.
Bütün bunlar Trampın səbr kasasını daşırıb.
Xarici ekspertlərin qənaətinə görə, Tramp qəzəblənərək Ukrayna ordusu üçün həyati əhəmiyyət kəsb edən ABŞ hərbi kəşfiyyat məlumatlarının ötürülməsini dayandıra bilər. Trampın həm də İlon Maska təzyiq göstərərək Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi Starlink peyk rabitəsini söndürmək fikrinə düşəcəyi də istisna edilmir.
Amma Amerikanın Ukraynaya təziyiqləri bununla bitmir. Tramp oktyabrın 11-də  Zelenskinin Ukraynada seçkilər keçirməli olduğunu bildirib. O, həmçinin Zelenskini bütün dünya üçün problemlər yaratmaqda ittiham edib.
 

Trampın fikrincə, Ukraynaya Rusiya ilə razılığa gələ biləcək yeni lider lazımdır. Zelenski isə ABŞ liderinin çağırışına baxmayaraq, Ukraynada seçkilərin keçirilməsindən yenidən imtina edib.


O, bu məsələyə yalnız Rusiya ilə ən azı 60 günlük tam atəşkəs əldə olunacağı təqdirdə baxmağa hazır olduğunu bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə seçkilərin keçirilməsinə hazır olduğunu, lakin bunun üçün təhlükəsizliyin təmin edilməsi və seçki prosesinin təşkili məqsədilə azı 60 gün vaxt lazım olduğunu bildirib.
Zelenski vurğulayıb ki, Ukrayna liderini yalnız Ukrayna xalqı dəyişə bilər. O, ABŞ Prezidenti Donald Trampın açıqlamalarını şərh edərkən seçkilərin mövcud təhlükəsizlik şəraitində keçirilməsinin çətinliyinə diqqət çəkib.
Kremlin mövqeyi gecikmədi...
Zelenskinin 60 günlük möhlət istəyinə rəsmi Moskva laqeyid qalmayıb. Hətta Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukraynada seçkilərin keçirilməsi üçün Kiyevin həqiqətən maraqlı olması halında, səsvermə günü zərbələr endirilməməsi barədə göstəriş verməyə hazırdır.
Tramp isə hesab edir ki, Ukraynadakı müharibəni dayandırmaq cəhdləri strateji səhvlər və Moskva ilə gözlənilməz razılaşmalar səbəbindən uğursuzluqla nəticələnir. Zelenskinin hakimiyyətdən gedişindən sonra Tramp Putinlə razılığa gəlməyin asan olacağını düşünür.
 

Nəzərə alaq ki, sülh uzunmüddətli diplomatiya və müttəfiqlərlə sıx koordinasiya tələb edir, lakin Trampın səbirsiz və xaotik addımları Avropa və Kiyevdə narahatlıq yaradır.


Bununla paralel, Trampın Zelenski və Avropa müttəfiqləri ilə münaqişə yaratması, kəşfiyyat dəstəyini kəsməklə hədələməsi yaxşı heç nə vəd etmir. Əksinə, bu Putində Qərbin parçalanacağı və müharibəni uzatmaqla qalib gələ biləcəyi illüziyasını yaradır.
Artıq ilkin namizədlər də var...
ABŞ Prezidenti Ukraynanı yeni lider seçməyə çağırmasından sonra Vladimir Zelenskini kimlərin əvəzləyə biləcəyi haqda ehtimallar yenidən aktuallaşıb.
“Nyusvik” Zelenskini əvəzləyə biləcək 4 nəfərin adını açıqlayıb.
Valeri Zalujni
Ukrayna ordusunun keçmiş baş komandanı və hazırda Ukraynanın Böyük Britaniyadakı səfiri Valeri Zalujnının adı yenə Zelenskinin əsas rəqibi olaraq görülür. Nəzərə alaq ki, Zalujnı kifayət qədər populyardır. Onun Ukraynada kifayət qədər sosial bazası var. Eyni zamanda onu Avropa da dəstəkləyir.
Kirill Budanov
Kiril Budanov Zelenskinin əsas kadrlarından biri sayılır və Ukrayna hərbi kəşfiyyatının rəhbəri kimi özünü doğruldub. Hazırda Zelenskinin administrasiyasının rəhbəridir.
Mixail Fyodorov
Mixail Fyodorun cəmi 35 yaşı var. Gənc olmasına baxmayaraq bir müddət Ukraynanın Müdafiə naziri vəzifəsini daşıyıb və xalq arasında nüfuzu olduqca yüksəkdir.
Pyotr Poroşenko
Bu ad kifayət qədər populyardır. O Zelenskidən əvvəl Ukraynaya rəhbərlik edib. Avropanın dostu, Putinin düşməni kimi tanınır.
Nəzərə alaq ki, rəsmi Moskvanın Ukrayna ilə danışıqları üçün ilkin şərt Zelenskinin hakimiyyətdən getməsidir. Rusiya hökuməti ümumiyyətlə onu legitim saymır. Kreml dəfələrlə bəyan edib ki, Ukrayna ilə danışıqlar üçün yeni hökumət lazımdır.
Görünən odur ki, Tramp da Rusiyanın bu tələbiylə razılaşıb.
Əslində Tramp üçün Ukrayna ilə Rusiya arasında bağlanacaq sülh sazişin mahiyyəti və şərtləri o qədər də maraqlı deyil.  Onun üçün əsas odur ki, hansısa formada sülh olsun. Tramp da özünü bu sülhün təşkilatçısı və banisi kimi təqdim eləsin.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Oktyabr 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri