Zelenski Zalujnı ilə görüşdü
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniyadakı səfiri və Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Zelenski özünün teleqram kanalında məlumat yayıb.
Ukrayna lideri səmimi keçən görüş zamanı Zalujnıya komandasındakı fəaliyyətinə görə təşəkkür etdiyini bildirib. Tərəflər Kiyevin beynəlxalq mövqelərini gücləndirə biləcək aktual diplomatik vəzifələri və Londonla hərbi-siyasi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, bu görüş Ukrayna daxilində Zalujnının siyasi nüfuzunun artdığı bir dövrə təsadüf edir. Belə ki, “The Washington Post” nəşrinin yaydığı son məlumatlara görə, keçmiş baş komandan ukraynalılar arasında hazırkı prezidentə ən güclü alternativ hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 15 Yanvar 2026 22:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















