Zelenskidən Bakı və İrəvanla bağlı açıqlama
Icma.az, Bakupost saytına istinadən bildirir.
Ukrayna prezidenti Volodimir Zelenski Ermənistanda keçirilən parlament seçkilərindən sonra Mosvanın Cənubi Qafqaz və Şərqi Avropadakı geosiyasi mövqelərinin zəiflədiyini bildirib.
Bakupost.az Musavat.com-a istinadla xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə “The Guardian” qəzetinə verdiyi müsahibəsində bidirib.
Onun fikrincə, Rusiya tərəfi cəbhə xəttində effektivliyin paralel şəkildə azalması fonunda Azərbaycan, Ermənistan və Moldovadakı əvvəlki nüfuzunu itirməkdədir.
Ukrayna lideri vurğulayıb ki, Kremlin hazırkı xarici siyasət kursu ölkənin Avropa dövlətləri və ABŞ tərəfindən diplomatik təcrid olunmasına gətirib çıxarıb.
Zelenski həmçinin əlavə edib ki, müttəfiqlərin sayının kritik həddə qədər azalması və beynəlxalq əlaqələrin tənəzzülü qaçılmaz olaraq daxili fəsadlara yol açacaq.
Ukrayna liderinin sözlərinə görə, Rusiya daxilində ictimai rəyin transformasiyası yalnız zaman məsələsidir.
Rəsmi Kiyev gözləyir ki, Rusiya vətəndaşlarının ölkənin təcrid olunduğunu dərk etməsi, seçilmiş xarici siyasət vektorunun nə dərəcədə məqsədəuyğun olması barədə ölkə rəhbərliyinə və şəxsən Rusiya prezidenti Vladimir Putinə qarşı sistemli sualların yaranmasına səbəb olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 09 İyun 2026 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















