Icma.az
close
up
RU
Zelenskidən dünyaya “Türk mesajı”: Ankara Ukraynaya qoşun göndərəcək? KONKRET

Zelenskidən dünyaya “Türk mesajı”: Ankara Ukraynaya qoşun göndərəcək? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Rusiya-Ukrayna müharibəsiylə bağlı proqnozlar hələlik özünü doğurultmur. Bəzi siyasətçilər hesab edirdi ki, Donald Tramp prezident seçildikdən sonra Ukraynada müharibə dayanacaq və Kiyev itirilən ərazilərini geri qaytara biləcək. Amma hadisələr əksinə inkişaf edir. Müharibə başlayandan bəri Ukraynaya hərbi və siyasi dəstəyini əsirgəməyən Bayden administrasiyası hakimiyyətdən getdikdən sonra Ukraynada vəziyyət 180 dərəcə dəyişdi. Tramp Ukraynanı küncə sıxışdırmağa başladı və hələlik buna nail olub. Onun hakimiyyəti Ukraynaya hərbi yardımı dayandırıb. Hələ bu azmış kimi, Donald Tramp əvvəlki hakimiyyətin 3 il ərzində Ukraynaya verdiyi vəsaiti də geri istəyir. Açığı, hadisələrin bu qədər kəskin dəyişəcəyi gözlənilən deyildi. Bunun ardınca Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəyə gedib və prezident Rəcəb Təyyib Ərdoğanla bəzi məsələləri müzakirə edib. İndi Zelenski bildirib ki, Ukraynada Türkiyə orudusu sülhməramlı kimi yerləşdirilməlidir. Ekspertlər hesab edirlər ki, Ərdoğanın çətiri altında dayanan Zelenski bununla dünyaya yeni mesaj verib.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Murad Sadəddinov bildirib ki, müzakirə olunan məsələlər içərisində Ukraynanın təhlükəsizlik təminatı masa üzərindədir:

“Rusiya ilə Ukrayna arasındakı ziddiyətlər o qədər dərindir ki, qısa bir müddətdə atəşkəsə nail olmaq real görünmür. Amma indi sülhməramlılardan söhbət gedirsə, burada müəyyən fikirlər səslənir. Əgər sülhməramlılar mövzusu reallaşsa, burada ABŞ-ın mövqeyi fəqlidir. Tramp deyir ki, sülhməramlılar ancaq Avropadan olmalıdır. Nəzərə almaq lazımdır ki, Avropanın quru qoşunlar baxımından ən güclü ölkəsi Türkiyədir. İkincisi, Türkiyə Ukrayna ilə eyni regionda yerləşir. Buna görə də, Türkiyə həm də Qara dənizə nəzarət edən ölkədir və bu proseslərdən kənar qala bilməz. Müharibə dövründə Türkiyə yeganə dövlətdir ki, real işlər görə bilib. Məsələn, əfsanəvi “Azov” batalyonun komandirlərini əsirlikdən azad etdirib, taxıl dəhlizi yaradıb və onun təhlükəsizliyini təmin edib. Zelenskinin bu fikiri əlbəttə ki, həm məntiqli, həm də əsaslıdır. Ərdoğan birmənalı olaraq bildirib ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu baxımdan Ukrayna Türkiyəyə güvənir.

Vəli Həsənoğlu,
KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://konkret.az
archiveBu xəbər 24 Fevral 2025 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri