Zelenskidən gözlənilməz addım: Sırskini vəzifədən AZAD ETDİ
Sonxeber.az saytına istinadən Icma.az xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski Aleksandr Sırskini Ukrayna Silahlı Qüvvələrinin baş komandanı vəzifəsindən azad edib.
Musavat.com xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında məlumat verib.
Mixail Drapatı Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı olub.
Zelenski Ukrayna qoşunları komandanı müavinini də əvəz edərək, bu vəzifəyə 95-ci hava hücumu briqadasının komandiri Oleq Apostolu təyin edib.
"Hər ikisi döyüşdə effektivliyini sübut etdi", - Zelenski qeyd edib.
O, həmçinin əlavə edib ki, ölkənin hərbi rəhbərliyində kadr dəyişiklikləri Sırski ilə razılaşdırılıb.
Zelenskinin sözlərinə görə, Drapatı və Apostolun əsas vəzifəsi Ukrayna Silahlı Qüvvələrinin döyüş effektivliyini artırmaq, döyüşçülərin yüksək keyfiyyətli hazırlığını təmin etmək və Ukrayna Silahlı Qüvvələrində insanların idarə olunmasına innovativ yanaşmalar tətbiq etməkdir:
"Dövlətimizin məqsədlərinə tam nail olmaq üçün Ukrayna ordusunun daxili dəyişikliklərə ehtiyacı var".
Qeyd edək ki, A.Sırski baş komandan vəzifəsinə bu ilin fevralında Valeri Zalujnının azad olunmasından sonra təyin edilmişdi.
Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 30 Noyabr 2024 20:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















