Zelenskidən KXDR sədrinə əsir götürülən əsgərlərlə bağlı təklif AZƏRTAC
Azertag saytına istinadən Icma.az xəbər verir.
Kiyev, 13 yanvar, AZƏRTAC
Ukrayna döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələri tərəfindən əsir götürülən Şimali Koreya əsgərlərini Koreya Xalq Demokratik Respublikası Dövlət Şurasının sədri Kim Çen Ina təhvil verməyə hazırdır. Lakin hərbçilərin geri qayıtması üçün bir şərt var.
AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində məlumat verib.
“Ukrayna əsirləri Kim Çen Ina verməyə hazırdır, o halda ki, KXDR sədri Rusiyada əsirlikdə olan ukraynalı hərbçilərin dəyişdirilməsinə nail olsun”, - deyə Zelenski əlavə edib.
Ukrayna Prezidenti qeyd edib ki, Şimali Koreyadan əsir düşən ilk əsgərlərdən başqa, digərlərin də olacağı gözləniləndir və bu, yalnız vaxt məsələsidir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Yanvar 2025 03:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















