Icma.az
close
up
RU
Zelenskidən Putinə SƏRT MESAJ KONKRET

Zelenskidən Putinə SƏRT MESAJ KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Ukrayna dronlarının Soçiyə hücumu, Rusiya Prezidenti Vladimir Putinin Valday Forumunda çıxışını bitirdiyi vaxt baş verib. Bu əməliyyat təkcə şəhərin strateji hədəf alması kimi deyil, həm də Putinə ünvanlanmış simvolik mesaj kimi dəyərləndirilir. Analitiklər bildirirlər ki, bu, Ukraynanın təhlükəsizlik imkanlarını göstərən bir xəbərdarlıq olmaqla yanaşı, gələcəkdə hər iki tərəfin cavab addımlarını da gündəmə gətirir.

KONKRET.az-a açıqlama verən politoloq Əli Mustafa Soçidə baş verən dron hücumu barədə fikirlərini bölüşüb. Mustafa hücumu bir neçə müxtəlif planda şərh etməyin mümkün olduğunu bildirib.

Əli Mustafa

Ə. Mustafanın sözlərinə görə, birinci yanaşma sırf növbəti hərbi əməliyyatdır:

“Putinin orada olub‑olmamasının bu əməliyyatın mahiyyətinə təsiri yoxdur. Ukrayna ordusu dronlarla Soçi, Krım ərazilərini hədəfə almağa çalışır. Bu da həmin əməliyyatlardan biridir.”

Eyni zamanda politoloq vurğulayır ki, hücumu başqa cür də qiymətləndirmək olar:

“Burada məhz hədəf Putin ola bilərdi. Ukrayna tərəfi mesaj vermək istəyib: “Sənin yerini tanıyırıq; lazım gəlsə, sənin özünə qarşı əməliyyat keçirə bilərik.”

Ə.Mustafa əlavə edib ki, Ukrayna bunu başqa arqumentlərlə də əsaslandıra bilər:

“Ukrayna deyə bilər ki, biz Kremlin daimi ünvanını hədəfləməmişik, sadəcə müvəqqəti məkanı vurmuşuq, həmin vaxt orada sən (Putin) olmusan. Yaxud açıq demək olar: məqsədimiz Putinə zərbə endirmək idi, sadəcə qarşısı alındı.”

Politoloq həmçinin gələcəkdə oxşar zərbələrin qaçılmaz ola biləcəyini də istisna etməyib:

“Bütün hallarda bu, Putinə qarşı atılan addımdır – xəbərdarlıq və ya cəhd. Putin üçün təhlükənin əlçatan olduğu göstərildi, Ukrayna isə müdafiə haqqını sərbəst istifadə edir və zərbə ehtimalına qarşı davamlı addımlar ata bilər.”

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://konkret.az
archiveBu xəbər 04 Oktyabr 2025 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see357

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see350

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see285

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see281

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see279

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see275

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see271

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see256

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see231

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see221

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see221

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see220

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see219

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see215

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see214

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see212

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see211

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see210

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see195

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri