Zelenskidən ŞOK AÇIQLAMA: Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayırıq
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinə qarşı “sanksiya qərarlarının” hazırlandığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, bu barədə o, dekabrın 3-də axşam müraciətində danışıb.
Zelenski bildirib ki, Gürcüstanda mövcud hakimiyyət ölkəni Rusiyadan asılı vəziyyətə salmağa çalışır: “Bu, yalnız Gürcüstan xalqının deyil, həm də bütün regionun problemidir. Gürcüstan hakimiyyəti hazırda öz xalqına qarşı utancverici addımlar atır. Moskvanın Gürcüstan hakimiyyətini tərifləməsi isə onların kimin üçün çalışdığını açıq şəkildə göstərir. Onlar Gürcüstan üçün deyil, başqa qüvvələr üçün çalışırlar və bu məqsədlə etirazları yatırırlar.”
Prezident əlavə edib ki, Ukrayna bu məsələdə hüquqi reaksiya hazırlayır və Avropa ölkələri ilə birgə konkret tədbirlər üzərində işləyir: “Mən artıq müvafiq sanksiya qərarlarının hazırlanması barədə göstəriş vermişəm,” – deyə Zelenski vurğulayıb.
Bu açıqlama Gürcüstan və Ukrayna arasında münasibətlərin gərginləşməsinə səbəb ola bilər. Rəsmi Tbilisinin məsələ ilə bağlı reaksiyası hələ açıqlanmayıb. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 04 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















