Zelenskidən şok: Əraziləri qaytarmadan atəşkəsə hazırıq!
Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusların işğalı altında olan torpaqlar qaytarılmadan atəşkəsə hazırıq, bir şərtlə ki, Ukraynanın qalan hissəsi NATO-nun "çətiri altında" olsun.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "Skay Nyus"a müsahibəsində deyib.
Onun fikrincə, Ukraynanın işğal olunmamış hissələrinin NATO-ya üzvlüyü “müharibənin qaynar mərhələsinə” son qoya bilər, lakin bir şərtlə ki, NATO Ukraynanın 1991-ci il sərhədlərini tanımağa davam etsin.
“Əgər biz müharibənin qaynar fazasını dayandırmaq istəyiriksə, Ukrayna ərazisini NATO çətiri altına almalıyıq, sonra isə işğal olunmuş əraziləri diplomatik yolla geri qaytara bilərik”, – Zelenski bildirib.
Baxış sayı:107
Bu xəbər 30 Noyabr 2024 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















