Icma.az
close
up
RU
Zelenskidən TARİXİ AÇIQLAMA: “Ukrayna qeyd şərtsiz atəşkəs təklifini qəbul etdi”

Zelenskidən TARİXİ AÇIQLAMA: “Ukrayna qeyd şərtsiz atəşkəs təklifini qəbul etdi”

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

“ABŞ prezidenti Donald Trampla müsbət, çox mənalı və səmimi söhbətim oldu. Ukrayna qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib. O, müharibəni bitirmək üçün ilk addımın enerji və mülki infrastrukturun hədəflənməsini dayandırmaq olacağını bildirdi”.
Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla telefon danışığının yekunlarına dair açıqlamasında qeyd edib.
“Mən Trampa martın 11-də Ciddədə Ukrayna və Amerika komandalarının işinə yaxşı və məhsuldar başladığına görə təşəkkür etdim - komandaların bu görüşü müharibənin sona çatmasına əhəmiyyətli dərəcədə kömək etdi. Biz razılaşdıq ki, Ukrayna və ABŞ müharibəyə real son qoyulması və davamlı sülhə nail olmaq üçün birgə fəaliyyətini davam etdirməlidir. İnanırıq ki, Amerika ilə, Prezident Trampla və Amerikanın rəhbərliyi altında bu il davamlı sülh əldə edilə bilər”, - Zelenski bildirib.
O qeyd edib ki, Tramp Putinlə söhbətinin təfərrüatlarını və müzakirə olunan əsas məsələləri bölüşüb:
“Müharibənin tam dayandırılması istiqamətində ilk addımlardan biri enerji və digər mülki infrastruktura hücumların dayandırılması olacaq. Mən bu addımı dəstəklədim və Ukrayna tərəfi olaraq, təsdiq etdim ki, biz onu həyata keçirməyə hazırıq. Komandalarımız bu addımı Ciddədə müzakirə ediblər.
Amerika tərəfi də cəbhə xəttində qeyd-şərtsiz atəşkəs təklif etdi və Ukrayna da bu təklifi qəbul etdi. Biz bunun reallaşması üçün çalışmaqda davam edəcəyik. Hesab edirik ki, atəşkəs dövründə hərtərəfli sülh sazişinin hazırlanmasına imkan yaratmaq üçün belə addımlar lazımdır”.
Telefon danışığı zamanı döyüş meydanındakı vəziyyət və Rusiya zərbələrinin təsiri ilə bağlı yenilikləri də təqdim edilib:
“Biz Kursk vilayətindəki vəziyyətdən danışdıq, hərbi əsirlərin azad edilməsi və rus qoşunları tərəfindən əsir götürülən ukraynalı uşaqların geri qaytarılması məsələsinə toxunduq. Biz həmçinin Ukraynanın hava hücumundan müdafiə sisteminin vəziyyətini və insanların həyatını qorumaq üçün gücləndirilməsi imkanlarını müzakirə etdik.
 

Qismən atəşkəsin tətbiqi və uzadılması ilə bağlı texniki məsələləri həll etmək üçün komandalarımıza tapşırıq vermişik. Ukrayna və Amerika komandaları sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini davam etdirmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanında görüşməyə hazırdırlar. Məsləhətçilərimizə və nümayəndələrimizə bu işi tez bir zamanda həyata keçirməyi tapşırmışıq.


Məsləhətçilərimizin və nümayəndələrimizin - Rubio, Valtz, Kelloq, Yerrmak, Sibiha, Umerov və Palisanın müsbət işini qeyd etdik. Növbəti görüşlərdə komandalar davamlı sülh və təhlükəsizlik təminatlarına doğru irəliləmək üçün bütün zəruri aspektləri razılaşdıra bilərlər”.
Zelenski Trampa və Amerika xalqına dəstəyinə görə təşəkkür edib:
“Vurğuladım ki, ukraynalılar sülh istəyir, ona görə də Ukrayna qeyd-şərtsiz atəşkəs təklifini qəbul edib. Prezident Trampın gücü ilə sülh konsepsiyasının əhəmiyyətini vurğuladım. Biz ən yüksək səviyyədə və komandalarımız vasitəsilə daimi əlaqə saxlamağa razılaşdıq”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Mart 2025 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri