Zelenskidən Trampa TƏKLİF: Bu əraziləri geri qaytarsaq...
Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin yeni planı ortaya çıxıb.
Sfera.az bildirir ki, bu barədə Polşanın “Portal Obronny” nəşri yazıb. Qeyd olunub ki, Ukrayna lideri ABŞ administrasiyasına ölkədə yerləşən təbii sərvət yataqlarının birgə işlənməsinə başlamağı təklif edib.
“Ukraynanın titan, qrafit və litium da daxil olmaqla, trilyonlarla dollar dəyərində qiymətləndirilən mineral ehtiyatları Volodimir Zelenski və Donald Tramp arasında danışıqlarda sövdələşmə predmetinə çevrilə bilər. Zelenskinin təklif etdiyi sövdələşmə Ukraynanın şərq və cənub ərazilərini qaytardığı zaman aktual olacaq”, - materialda qeyd olunub.
Polşa nəşri Donbassı misal çəkərək, burada potensial olaraq 1,2-1,5 trilyon kubmetr qaz hasil etməyin mümkün olduğunu deyib. Materialın müəllifləri bildirirlər ki, belə bir sövdələşmə Zelenskiyə tezliklə Trampın rəğbətini qazanmasına kömək edə biləcək.
Bundan əvvəl, Trampın nüvə silahını Ukraynaya gizli şəkildə ötürə biləcəyi iddia olunmuşdu. Bu fikri müdafiə təhlükəsizliyi üzrə britaniyalı mütəxəssis Nikolas Drummond bölüşmüşdü. Onun fikrincə, sövdələşmə baş tutsa, Ukrayna NATO-ya üzv olmayacaq.
Günay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 21 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















