Zelenskidən yeni islahatlar: Şmıqal nazir, Umerov səfir postuna gedir
Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın baş naziri Denis Şmıqal onun əvəzlənməsi ilə bağlı yayılan xəbərlər fonunda istefa verib.
Bakupost.az xəbər verir ki, bu barədə siyasətçi Telegram kanalında bildirib.
“Ölkəmiz üçün yorulmaz fəaliyyətinə görə bütün komandaya təşəkkür edirəm”, - xəbərdə qeyd olunur.
Şmıqal Ukrayna Ali Radasına istefanın qəbul edilməsini xahiş edən müraciət göndərib və bəyanatın fotosunu yayıb. O, həmçinin ölkə prezidenti Vladimir Zelenskiyə göstərdiyi etimada görə təşəkkür edib.
"RBC-Ukrayna" nəşrinin məlumatına görə, Şmıqal Ukraynanın müdafiə naziri postunu tutacaq. Müdafiə Nazirliyinin hazırkı rəhbəri Rustem Umerov isə Amerika Birləşmiş Ştatlarında səfir vəzifəsinə təyin ediləcək.
İyulun 14-də Zelenski baş nazirin birinci müavini Yuliya Svırıdenko ilə görüşüb və onu ölkə hökumətinə rəhbərlik etməyə dəvət edib. O əlavə edib ki, bu addımla Ukrayna icra hakimiyyətinin transformasiyasına başlayır ki, bu da Kiyevin potensialını gücləndirməlidir.
Zaur,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 15 İyul 2025 16:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















