Icma.az
close
up
RU
Zelenskini dəhşətə gətirən məlumat: Putin razılıq verdi, hazırlıq başladı

Zelenskini dəhşətə gətirən məlumat: Putin razılıq verdi, hazırlıq başladı

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında cümə günü Alyaskada keçirilməsi gözlənilən görüş öncəsi yayılan bəzi iddialar Kiyevi narahat edib. Belə ki, Trampla Putin arasında baş tutacaq hər hansı razılaşma ilə Ukraynanın bəzi ərazilərini güzəştə getməyə məcbur ola biləcəyi iddia edilir.

Məlumata görə, Prezident Volodimir Zelenski məsələyə sərt reaksiya verərək ölkəsinin bununla razılaşmayacağını bildirib.

Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, hansısa liderin istəyinə əsasən bir ölkənin ərazilərinin başqa dövlətə verilməsi anlayışı təcrübədə yoxdur:

Ukrayna müstəqil şəkildə dirəniş göstərə biləcək səviyyədədir. Sözügedən məsələ həm də Konstitusiyaya ziddir, dəyişiklik edilməsi labüd olacaq. Ukraynanı dəstəkləyən aparıcı dövlətlər də mövcuddur. Onların sırasında Avropanın əsas ölkələri, Böyük Britaniya və Kanada kimi güclü tərəfdaşlar var. Ərazi güzəştləri məsələsi təkcə Kiyevlə deyil, eyni zamanda həmin dövlətlərlə də razılaşdırılmalıdır. Donald Trampın istəyi isə heç nə ifadə etmir. Silah tədarükünün və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaq kimi təhdidlərlə Ukraynaya təzyiq etmək cəhdləri ola bilər. Lakin Kiyevin qırmızı xətləri var və bunu heç bir dövlət başçısı aşa bilməz. Ukrayna xalqı da bunu liderlərinə bağışlamaz.

Digər vacib məqam orduda döyüşən əsgərlərlə bağlıdır. İndiyə qədər tökülən qanlar və itirilən canlar fonunda ərazilərin Rusiyaya verilməsi ilə heç kim razılaşmaz. Bu, Ukraynada çox ciddi hərbi-siyasi parçalanmaya səbəb ola bilər. Belə bir proses Putinin qələbəsi anlamına gələr, lakin Avropa İttifaqı (Aİ) dövlətləri razı olmayacaq. Çünki Ukraynada istədiyini əldə edən Putinin iştahı daha da artacaq və digər Avropa ölkələrinə qarşı iddialı mövqe sərgiləməyə başlayacaq. Bu səbəbdən, Aİ öz təhlükəsizliyini təmin etmək üçün sona qədər Ukraynanı müdafiə edəcək.

Həmçinin oxuyun:

Əliyevlə danışan Tramp ümidləndi – Daha bir müharibənin üstünə gedir


Natiq Miri

Politoloq bildirib ki, Putin atəşkəs tərəfdarı kimi görünərək ABŞ-la münasibətləri normallaşdırmağa çalışa, bu yolla Ukraynaya təzyiq edib istədiyini almağa cəhd göstərə bilər:

“Lakin Rusiyanın atəşkəs üçün real hazırlıq apardığına dair heç bir əlamət yoxdur. Əksinə, yeni texnikaların cəlbi və qoşunların böyük bir hücuma hazırlaşdığı müşahidə olunur. Prezident Zelenski başda olmaqla Ukrayna xüsusi xidmət orqanlarının da bundan xəbəri var. Atəşkəsə hazırlaşan bir dövlət başçısı belə hərbi hazırlıq aparmaz.

Putin sülh niyyəti ilə Trampla görüşməyəcək. ABŞ ərazi güzəştləri hesabına iki tərəf arasında razılığın əldə olunmasını və beləliklə müharibənin dayandırılmasını istəyir. Donald Trampın məqsədi isə Nobel Sülh Mükafatını qazanmaqdır. O, Ukrayna müharibəsinin dayanacağı təqdirdə həmin mükafatın özünə veriləcəyinə inanır. Ukraynanın hazırda işğal altında olan ərazilərinin Rusiya ərazisi kimi tanınması variantı müzakirə mövzusu ola bilər. Lakin konkret ərazi mübadiləsi və ya həmin torpaqların de-yure Rusiya ərazisi kimi tanınması mümkün görünmür. Görüş ərəfəsində bu cür məlumatların yayılması təsadüfi deyil — Donald Tramp ərazi məsələsini gündəmə gətirməklə dolayı yolla ictimai rəyi hazırlayır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Avqust 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see283

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see185

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see172

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see166

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see154

Turizmi daha da inkişaf etdirmək üçün hansı addımları atmaq lazımdır?

12 Noyabr 2025 14:22see151

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see145

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see144

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see139

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see139

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see138

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see137

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see136

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see133

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see131

AFFA dan Turan Tovuz un futbolçusuna cəza, klublara cərimə

13 Noyabr 2025 14:04see130

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Elnarə Akimova: “Milli Ədəbiyyat Mükafatı təsis olunmalıdır”

12 Noyabr 2025 17:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri