Icma.az
close
up
RU
Zelenskini əvəzləyə biləcək əsas fiqur General Zalujnı Londonda gözləyir...

Zelenskini əvəzləyə biləcək əsas fiqur General Zalujnı Londonda gözləyir...

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Böyük Britaniyanın nüfuzlu The Guardian qəzeti Ukraynada daxili siyasi mübarizə və Prezident Volodimir Zelenskidən sonra ölkəyə rəhbərlik edə biləcək potensial namizədlər barədə geniş məqalə dərc edib.

Qeyd olunur ki, müharibənin mümkün dondurulması fonunda seçkilərin keçirilməsi mövzusu aktuallaşır və həm Ukraynada, həm də beynəlxalq siyasi dairələrdə Zelenskini əvəzləyə biləcək fiqurlar müzakirə olunur. Ən çox diqqət çəkən ad isə Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı, hazırda ölkənin Böyük Britaniyadakı səfiri Valeri Zalujnıdır.

Qəzet xatırladır ki, ABŞ vitse-prezidenti Cey Di Vens hələ fevral ayında Zelenski ilə Tramp arasındakı gərginlikdə mühüm rol oynamışdı. İndi isə Zelenskiyə alternativ fiqurlar axtarışı başlayıb. Mart ayında Vensin komandası Zalujnı ilə əlaqə qurmağa çalışsa da, general bu təkliflərə cavab verməkdən imtina edib.

Zalujnı indiyədək siyasi ambisiyaları barədə açıq danışmayıb, müsahibə təkliflərini də qəbul etmir. Onun Londondakı fəaliyyətləri ciddi nəzarətdə saxlanılır. Lakin Ukrayna səfirliyinə tez-tez müxtəlif dairələrin nümayəndələri – deputatlar, iş adamları, vətəndaş cəmiyyəti fəalları, hətta Donald Trampın sabiq müşaviri Pol Manafort da baş çəkib. Manafort gələcək seçki kampaniyasında dəstək təklif etsə də, general bunu qəbul etməyib.

Ötən ilin noyabrında Zelenski administrasiyasının rəhbəri Andrey Yermak Zalujnı ilə görüşərək, gələcək seçkilər ərəfəsində vahid siyasi cəbhə nümayiş etdirmək üçün prezidentin komandasına qoşulmağı təklif edib. Zalujnı bu təklifi rədd etsə də, Zelenskiyə qarşı açıq tənqidlərdən çəkinəcəyini və siyasi ambisiyaları barədə qərar verəcəyi halda bunu ilk növbədə administrasiyaya bildirəcəyini vurğulayıb.

Bununla belə, Kiyevdə Zalujnının siyasi yarışa hazırlaşdığına dair əminlik artır. General öz planlarını yaxın çevrəsi ilə belə bölüşmür, lakin çoxları onun “uyğun anı” gözlədiyini düşünür.

Məqalədə qeyd olunur ki, Zalujnı bir çox hərbi komandirlərlə əlaqəni saxlayır, kabinetində cəbhənin canlı görüntülərini izləyir və özünü “müharibə dövrü lideri” kimi təqdim etməyə hazırlaşır. Onun yaxın ətrafı generalın İsraili nümunə götürdüyünü bildirir – düşmənlər tərəfindən əhatələnmiş, amma müdafiəyə tam fokuslanmış dövlət modeli kimi.

Zalujnının siyasi platformasının əsas tezislərinin sərt və tələbkar xətt üzərində qurulacağı güman edilir. Onun Uinston Çörçillə müqayisə olunması da təsadüfi deyil. Lakin özü etiraf edir: “Bilmirəm, Ukrayna xalqı bu qədər sərt siyasətə hazırdırmı?”

Rasim Əliyev
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 26 Avqust 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see206

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see154

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see141

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see139

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see139

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see138

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri