Zelenskini gözləyən gizli təhlükə var: Münaqişədən sonra öldürüləcək!
GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rusiya ilə münaqişə başa çatdıqdan sonra Ukrayna Prezidenti Volodimir Zelenski üçün təhlükə yarana bilər.
Globalinfo.az xəbər verir ki, bunu Alman politoloqu Patrik Baab ABŞ ordusunun ehtiyatda olan polkovnik-leytenantı Daniel Devislə “Deep Dive” proqramında söhbətində bildirib.
Onun sözlərinə görə, xüsusilə ifrat sağçı hərbi-siyasi qruplar Zelenskinin atacağı hər hansı sülh addımını xəyanət kimi qiymətləndirə bilərlər. Politoloq qeyd edib ki, Zelenski münaqişəni dayandırmağa razı olarsa, onun Ukrayna təhlükəsizlik qüvvələrinin nümayəndələri tərəfindən öldürülə bilməsi riski var.
Baab iddia edib ki, Zelenski döyüşləri dayandırmağa razılıq versə, öz təhlükəsizlik sisteminin içində belə risklərlə üzləşə bilər.
Politoloq hesab edir ki, sülh prosesinin ən mürəkkəb mərhələsi silahlı və radikal mövqedə olan qrupların sakitləşdirilməsi olacaq. Onun fikrincə, bu qüvvələr müharibənin davam etdirilməsində maraqlı olduqları üçün kompromisə meylli deyillər.
Tahir Turan
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 04 Dekabr 2025 22:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















