Zelenskini təxribatda ittiham etdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın Belarus üzərindən Ukraynaya, yaxud hansısa NATO ölkəsinə hücum planlaşdırdığı ilə bağlı açıqlamaları təxribatdır”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Onun sözlərinə görə, Kiyev bu cür bəyanatlarla bölgədə gərginliyi artırmağa çalışır.
Peskov qeyd edib ki, hazırda Ukrayna ilə bağlı sülh prosesi dayanıb, amma Moskva gələcəkdə danışıqların yenidən bərpa olunacağına ümid edir.
Kremlin sözçüsü Belarusun Rusiyanın müttəfiqi olmasına baxmayaraq, müstəqil və suveren dövlət olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, daha əvvəl Zelenski Belarus-Ukrayna sərhədi yaxınlığında aktivliyin müşahidə edildiyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 18 May 2026 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















