Icma.az
close
up
RU
Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? AÇIQLAMA

Zelenskini Trampla görüşə tələsdirən əsas səbəb nədir? AÇIQLAMA

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kiyev və Vaşinqton artıq ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampla inauqurasiya mərasimindən sonra keçiriləcək görüş üzərində işləyir”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Varşavada Polşanın Baş naziri Donald Tuskla keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir. 

Maraqlıdır, Zelenski Trampla görüş üçün niyə tələsir?

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, hakimiyyət dəyişikliyindən sonra ABŞ Ukraynaya dəstəyi azaldacaq:

“Tramp Kiyev və Moskvanı danışıqlar masasına oturtmağa və yekun sülhə nail olmaq istəyir. Bununla belə Ukrayna tam məğlub vəziyyətdə danışıqlara razı olmayacaq. Rusiyanı şantaj edə biləcək qazanca ehtiyac var. Bu baxımdan, xüsusilə son zamanlar Ukraynanın Rusiyanın Kursk vilayətində fəallaşmasını təsadüfi hesab etmirəm. Bu, perspektivdə ərazi mübadiləsi və təxminən müharibəyə qədərki sərhədlərin bərpası ilə nəticələnə bilər. Bu baxımdan Kursk hər iki tərəf üçün əhəmiyyətlidir. Ukrayna həmin ərazidə mümkün qədər möhkəmlənməyə, Rusiya isə qarşı tərəfi öz torpaqlarından çıxarmağa çalışır.Mümkündür ki, “Kursk əməliyyatı” ilə bağlı artıq Tramp komandası ilə Kiyev arasında müəyyən razılıq əldə olunub. Amma məsələ təkcə bununla bitmir. Ukrayna aldadılmadığından əmin olmalıdır. Bu mənada Trampla Zelenskinin üz- üzə müzakirə edəcəkləri kifayət qədər mövzu var”.

Müsahibimiz qeyd etdi ki, müharibənin və Ukraynanın taleyi ABŞ-nin qərarlarından, atacağı addımlardan asılı olacaq:

“Kiyev mümkün qədər tez Vaşinqtonun planını bilmək və buna uyğun öz “yol xəritəsini” hazırlamaq niyyətindədir. Maraqlıdır, Zelenski “Ukrayna üçün müharibəni ədalətli şərtlərlə bitirmək prioritetdir” deyəndə konkret olaraq hansı şərtləri nəzərdə tutub? Əlbəttə, bu cümləni sadəcə populist bəyanat kimi də dəyərləndirmək olar. Belə ki, müharibənin hansı şərtlərlə başa çatmasından asılı olmayaraq, rəsmi Kiyev böyük ehtimalla bunu özünün uğuru kimi qiymətləndirəcək və dolayısı ilə ədalətin qorunduğunu bildirəcək. Bununla belə, sözün əsl mənasında ədalətli şərtlər Ukraynanın işğal altındakı bütün torpaqlarının, o cümlədən Krımın qaytarılmasıdır. Əgər Ukrayna liderinin nəzərdə tutduğu budursa, onda savaşın bu il bitmə ehtimalı azalacaq”.

Günay 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sfera.az
archiveBu xəbər 16 Yanvar 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see413

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see300

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see296

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see289

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see281

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see271

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see270

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see258

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see253

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see237

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see230

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see223

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see204

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see194

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see193

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see180

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see180

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see168

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri