Zelenskinin A və B planları var
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsi üçün iki ssenarini açıqlayıb.
Modern.az xəbər verir ki, bu ssenarilərdən biri müharibənin başa çatdırılması, digəri 2025-ci ildə 120 milyard dollarlıq müharibə xərclərinin qarşılanmasıdır.
Kiyevdə Avropa Parlamentinin sədri Roberta Metsola ilə birgə mətbuat konfransında çıxış edən Zelenski bildirib ki, bu məbləğin yarısını, yəni 60 milyard dolları Ukrayna büdcəsi təmin edir:
“Qalan 60 milyardı isə mən gələn il üçün tapmalıyam. Ümid edirəm ki, bu müharibəni başa vuracağıq. Hər halda, plan "A" müharibəni bitirməkdir. Plan "B" isə 120 milyard dollardır və bu, böyük çağırışdır”.
Avropa Parlamentinin sədri Metsola isə bəyan edib ki, Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə davam edəcək və ölkənin gələcəyi Avropa İttifaqındadır:
“Bu yolda siz heç vaxt tək olmayacaqsınız. Biz yalnız qətiyyətimizi və dəstəyimizi artıracağıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 17 Sentyabr 2025 23:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















