Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Bəzi rayonlarda işıq olmayacaq

Azərbaycanda baş həkim vəfat edib

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

Zelenskinin Azərbaycana səfərində verilən mesaj

Zelenskinin Azərbaycana səfərində verilən mesaj

Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Zelenskinin Azərbaycana səfəri müxtəlif aspektlərdən qiymətləndirilə bilər. Səfərin iqtisadi aspektlərindən daha çox geosiyasi, siyasi və enerji təhlükəsizlik tərəfləri daha çox diqqəti çəkir. Məlumdur ki, bir tərəfdən Rusiya Ukrayna, digər tərəfdən isə ABŞ-İsrail cütlüyü ilə İran arasındakı müharibə qlobal miqyasda geosiyasi balansın və təhlükəsizlik arxitekturasının pozulmasına gətirib çıxarıb.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.

"Bu müharibələrdə Azərbaycanın siyasəti konkret bir dövlətin tərəfini tutmadan özünün geosiyasi, iqtisadi və milli təhlikəsizlik maraqlarının həyata keçirilməsinə yönəlib. Azərbaycan müharibə edən dövlətlərin hamısı ilə ehtiyatlı balans siyasəti mövqeyini tutub və bu mövqenin məqsədəuyğunluğu şübhə döğurmur. Belə ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və açıq şəkildə dəstəkləyir, dəfələrlə Ukraynaya humanitar yardım göstərib və Ukraynanın enerji enerji təhlükəsizliyinə kömək edib. Azərbaycan eyni zamanda Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmayıb, həm Ukrayna və həm də Rusiya ilə ikitərəfli münasibətləri, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə çalışır. Eləcə də ABŞ-İsrail cütlüyünün İrana qarşı müharibəsində eyni mövqeyi tutdu və bir neçə dəfə İrana humanitar yardım göstərdi, ayrı-ayrı dövlətlərinin öz vətəndaşlarını müharibə bölgəsindən çıxarmasını təşkil etdi" - politoloq deyib.

O bildirib ki, balanslı və təmkinli xarici siyasət dövlətimiz üçün səmərəsini verməkdədir: "Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, Şərq-Qərb və Şimal-Cənub arasında qarşılıqlı faydalı əlaqələrin qurulması və inkişafında əhəmiyyətli rol oynayır, tədricən diplomatik çəkisini artırır və tərəfsiz diplomatik mərkəzə çevrilir. Bir çox dövlətlər Azərbaycanın regional rolunu etiraf edir və ölkəmizlə ikitərəfli əməkdaşlığı genişləndirmək istəyir. Zelenskinin Rusiya ilə Ukrayna arasında danışıqların Azərbaycanda keçirilməsi təklifi bunu bir daha təsdiq edir. Danışıqların mümkün məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi hesab edilməməlidir. Bu, o deməkdir ki, Ukrayna Azərbaycanı həm təhlükəsiz və həm də etibarlı bir ölkə kimi qəbul edir.
Zelenskinin səfərinin Azərbaycanla Ukrayna arasında ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi baxımından əhəmiyyəti də qeyd olunmalıdır. Bu baxımdan danışıqlar zamanı əsas diqqətin enerji və ticarət məsələlərinə aid olması. Azərbaycan qazının Avropaya nəqlində Ukraynanın tranzit və ya loqistik rolunun müzakirəsinə verilməsi ehtimalı daha çoxdur.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə gedən bərpa və yenidənqurma işlərində təcrübənin nəzərə alınaraq gələcəkdə Ukraynanın müharibədən zərər görmüş bölgələrində bərpa və yenidənqurma layihələrində Azərbaycanın potensial iştirakı da müzakirə obyekti ola bilər.
Zelenskinin səfəri həm də Ukraynanın Cənubi Qafqazda möhkəmlənmək, yeni geosiyasi mövqelər qazanmaq və regional təhlükəsizlik sistemi yaratmaq, Rusiyanın mümkün təsir imkanlarını azaltmaq cəhdi kimi də qiymətləndirilir. Bu qiymətləndirmədə müəyyən həqiqətlərin olması istisna olunmur.

Bütövlükdə bu səfərinin yekunları Azərbaycan hakimiyyətinin, Prezident İlham Əliyevin uzaqgörən xarici siyasətinin növbəti diplomatik uğuru hesab oluna bilər".

Cavid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 27 Aprel 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see339

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see332

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see323

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see281

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see256

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see254

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see246

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see234

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see212

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see205

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see195

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see181

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see181

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see180

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see179

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see173

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see172

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see169

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see164

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri