Icma.az
close
up
RU
Zelenskinin Bakı səfəri: regional diplomatiyada yeni siqnallar

Zelenskinin Bakı səfəri: regional diplomatiyada yeni siqnallar

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən həftə Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya işgüzar səfəri ilk baxışda klassik diplomatik təmas kimi görünə bilər, lakin mahiyyət etibarilə daha geniş geosiyasi mesajlar daşıyır.

Bu səfər təkcə ikitərəfli münasibətlərin inkişafı ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın regionda artan diplomatik rolunun və etibarlı tərəfdaş imicinin təsdiqi kimi çıxış edir. Qəbələdə baş tutan görüşlər və verilən mesajlar göstərdi ki, tərəflər münasibətləri daha sistemli və strateji çərçivəyə keçirmək niyyətindədir.

Azərbaycan–Ukrayna münasibətləri uzun müddətdir qarşılıqlı hörmət və suverenliyə dəstək prinsipləri üzərində qurulub, lakin hazırkı mərhələdə bu əlaqələr daha praqmatik xarakter almağa başlayıb. Enerji, logistika və iqtisadi əməkdaşlıq sahələri xüsusilə ön plana çıxır. Ukrayna üçün alternativ enerji və nəqliyyat marşrutları həyati əhəmiyyət daşıdığı bir vaxtda, Azərbaycan bu prosesdə mühüm tərəfdaş kimi çıxış edir. Bu isə münasibətləri sadəcə siyasi dialoqdan çıxarıb konkret maraqlar üzərində qurulan əməkdaşlıq modelinə çevirir.

Səfərin diqqət çəkən məqamlarından biri də humanitar və siyasi etimad faktorunun açıq şəkildə vurğulanması idi. Azərbaycan son illərdə müxtəlif böhran ocaqlarında humanitar təşəbbüslərlə çıxış edən aktor kimi tanınır və bu, Ukrayna ilə münasibətlərdə də özünü göstərir. Bu yanaşma tərəflər arasında yalnız rəsmi əlaqələri deyil, həm də ictimai və mənəvi bağları gücləndirir. Müasir beynəlxalq münasibətlərdə bu cür “yumşaq güc” elementləri çox vaxt sərt siyasi alətlərdən daha davamlı təsir yaradır.

Digər tərəfdən, səfər Azərbaycanın mümkün vasitəçi və dialoq platforması kimi rolunu da yenidən gündəmə gətirdi. Müxtəlif güc mərkəzləri arasında balanslı siyasət aparmaq bacarığı Bakını belə proseslər üçün uyğun məkan kimi önə çıxarır. Bu baxımdan, mümkün çoxtərəfli danışıqların Azərbaycanda keçirilməsi ideyasının səslənməsi təsadüfi deyil. Ümumilikdə isə bu səfər göstərdi ki, Azərbaycan–Ukrayna münasibətləri artıq ənənəvi çərçivəni aşaraq daha geniş regional və qlobal kontekstdə formalaşan strateji tərəfdaşlıq mərhələsinə daxil olur.

Alim Nəsirov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Aprel 2026 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see323

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see315

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see311

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see302

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see281

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see269

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see261

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see249

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see244

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see242

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see237

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see224

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see216

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see215

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see209

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see200

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see190

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see180

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see179

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri