Zelenskinin bu şərtləri qəbul etməsi qeyri mümkündür Eks nazir
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ötən həftə Ukrayna müharibəsinin başlanmasından sonra ilk dəfə ABŞ və Rusiya liderləri bir araya gəliblər. Görüş rəmzi əhəmiyyət daşıyan məkanda - vaxtilə Rusiyadan ABŞ-yə satılmış Alyaska əyalətinin Ankoriç şəhərində baş tutub və təxminən 3 saat davam edib. Prezident Vladimir Putin danışıqları "qarşılıqlı hörmət və konstruktiv atmosferdə" keçdiyini, "əsaslı və faydalı" olduğunu bildirib.
ABŞ lideri Donald Tramp da bu görüşə müsbət qiymət verdiyini bəyan edib. Lakin ekspertlər bu sammitin nəticə vermədiyini düşünür.
Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Alyaska sammitini Modern.az-a şərh edərkən bildirib ki, vəziyyət olduqca mürəkkəbdir.
Onun sözlərinə görə, Rusiya tərəfindən irəli sürülən şərtlərin icrası mümkün deyil.
“Ukrayna Prezidenti Volodimir Zelenski bu şərtlərlə razılaşsa belə, onun ölkəsinin ərazi bütövlüyünü dəyişmək səlahiyyəti yoxdur. Bu, dövlət başçısının səlahiyyətləri çərçivəsində deyil və konstitusiya da buna imkan vermir”.
T.Zülfüqarov onu da əlavə edib ki, belə bir dəyişiklik yalnız referendum yolu ilə həyata keçirilə bilər:
"Bu baxımdan həmin şərtlərin qəbul edilməsi qeyri-mümkündür.
Rusiya bu reallığı nəzərə alaraq vəziyyəti yenidən dəyərləndirməlidir. Hazırda yeganə real çıxış yolu mövcud təmas xətti üzrə hərbi əməliyyatları dayandırmaq və danışıqları davam etdirməkdir. Rusiya bu addımı atacaqmı - bunu isə indidən söyləmək çətindir. Lakin görünən odur ki, başqa alternativ də yoxdur”,- deyə o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 22 Avqust 2025 13:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















