Zelenskinin həyat yoldaşı çətin vəziyyətə düşdü KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskayanın Polşanın Qdansk Universitetində planlaşdırılan mühazirəsi ləğv olunub.
KONKRET.az bu barədə “Wirtualna Polska” məlumat yayıb.
Məlumata görə, Yelena Zelenskaya əvvəlcə Ukraynanın bərpasına həsr olunan konfrans çərçivəsində həyat yoldaşı ilə birlikdə çıxış etməli idi.
Nəşrin yazdığına görə, universitetin mətbuat katibi Maqdalena Neçuya-Qonişevska Zelenskayanın tədbirdə iştirakının ləğv olunduğunu təsdiqləyib.
Bildirilir ki, qərar Ukrayna Silahlı Qüvvələrinin “UPA qəhrəmanları” adını daşıyan bölməsi ilə bağlı qalmaqal fonunda qəbul edilib.
Xatırladaq ki, bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Varşava ilə yaşanan gərginlik səbəbindən Polşada keçiriləcək Ukraynanın bərpası konfransına qatılmayacağını açıqlamışdı.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 İyun 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















